Leyla Abdullayeva XİN-in mətbuat xidmətinin rəhbəri vəzifəsinə təyin edilib

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  

Leyla Yaşar qızı Abdullayeva Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri vəzifəsinə təyin edilib.

Bu barədə İstixəbər.info Xarici İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir.

Leyla Abdullayeva Xarici İşlər Naziriyində 2002-ci ildən çalışır. L.Abdullayeva XİN-in mərkəzi aparatında müxtəlif idarələrdə, Azərbaycan Respublikasının NATO yanında Nümayəndəliyində və ölkəmizin Belçika Krallığındakı Səfirliyi və Avropa İttifaqı yanında Nümayəndəliyində diplomatik vəzifələr daşıyıb.

İstixəbər.info İnformasiya Portalı