BIGtheme.net http://bigtheme.net/ecommerce/opencart OpenCart Templates

Qurban Qurbanov: Belə məğlubiyyətlər olmalıdır


  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  

Bəli, məğlub olduq, ancaq çox yaxşı oynadığımızı düşünürəm.

İstixəbər.info xəbər verir ki, bunu “Qarabağ” – “Arsenal” oyunundan sonra keçirilən mətbuat konfransında Ağdam klubunun baş məşqçisi Qurban Qurbanov deyib:

“Rəqibdən çəkinmədən mübarizə apardıq. Oyunçularıma təşəkkür etdim. Azərkeşlərə də çox təşəkkür edirik. Böyümək üçün belə məğlubiyyətlər olmalıdır”.

O bildirib ki, xeyli sayda qol epizodları olsa da, “Qarabağ” onlardan istifadə edə bilməyib.

“Arsenal”ın son vaxtlar belə üçlü müdafiə ilə oynadığını xatırlamıram. Emerinin heyəti bizi təəccübləndirdi. Buna görə belə düşündük ki, qabaqda pressinqlə başlayaq. Məncə, pis də alınmadı. Ən əsası azarkeşlərə yaxşı futbol göstərdik”, – deyə o vurğulayıb./oxu.az

İstixəbər.info İnformasiya Portalı

loading...