BIGtheme.net http://bigtheme.net/ecommerce/opencart OpenCart Templates

Bərdədə baş vermiş qəza ilə bağlı — RƏSMİ AÇIQLAMA


  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  

Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bərdə rayonu, Mehdili kəndində “Shacman” markalı yük avtomobili ilə “VAZ” markalı minik avtomobili toqquşub.

İstixəbər.info FHN-ə istinadən xəbər verir ki, hadisə yerinə cəlb olunmuş Qarabağ Regional Mərkəzinin müvafiq xilasetmə qüvvələri minik avtomobilində sıxılmış vəziyyətdə qalmış biri azyaşlı olmaqla 4 nəfərin  meyitini deformasiyaya uğramış nəqliyyat vasitəsindən çıxarıb və aidiyyəti üzrə təhvil veriblər.

Hadisə nəticəsində “VAZ-21011” markalı avtomobilin sürücüsü Azər Vəliyev və sərnişinləri 1950-ci il təvəllüdlü Rəcəbəliyeva Zeynəb Əbdülkərim qızı, 1970-ci il təvəllüdlü Rəcəbəliyeva Rəna Əli qızı və 2005-ci il təvəllüdlü Vəliyev Rəvan Azər oğlu hadisə yerində keçiniblər.

Əməliyyat başa çatıb.

İstixəbər.info İnformasiya Portalı

loading...