BIGtheme.net http://bigtheme.net/ecommerce/opencart OpenCart Templates

Şimal rayonlarında gilas ağacları vaxtından əvvəl niyə quruyur? FOTO+VİDEO


  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  

Son illərdə şimal rayonlarında gilas ağaclarının quruması müşahidə olunur. Bildiyimiz kimi, ölkəmizin şimal rayonları Xaçmaz, Xudat, Quba gilasçılığın əsas vətəni sayılır. Bu rayonlar içərisində, yəni gilasın lap tarixən beşiyi Xaçmazın Qoççaqlı, Pirquluoba, Hacıməmmədoba və Balaqusar kəndləridir.

Bu günlərdə İstixəbər.info saytının çəkiliş qrupu məsələ ilə bağlı Xaçmazın Balaqusar kəndində oldu. Bir neçə fermerin bağlarına baxış keçirdik. Deməli 8, 10, 12 ilin ağacları durmadan qurumağa başlayıb. Fermerlər deyir ki, bağlara vaxtı-vaxtında lazımi qulluq olunub. Amma bu il ağaclar durmadan qurumağa başlayıb. Bu isə bizi narahat edir. Çünki bir ağacın bəhərə gəlməsi 8 il vaxt aparır. Bu həm vaxt itkisi həmdə əlavə xərclər deməkdir. Ağacların əvvəl yarpaqları saralır, meyvəsi xırda olur. Bir neçə aydan sonra ağaclar gövdədən yapışqana oxşayan maddə ilə əhatə olunur.. Məsələ ilə bağlı ilk öncə Milli Elmlər Akademiyasının Genetik Ehtiyyatlar İnstitutunun  Quba bazasının əməkdaşı Dilşad Bayramovadan məlumat öyrənməyə çalışdıq.

Dilşad xanım bildirdi ki, əksər vaxtlarda ağacların vaxtından əvvəl qurumasına səbəb hər hansı xəstəliklər ola bilər. Vaxt ikən paytaxt Bakının bir çox kəndlərində ağaclar qurumağa başlamışdı. Araşdırmalardan sonra bəlli olmuşdur ki, qurumağa səbəb bitki mənşəli virusdur. Ola bilər ki, zaman keçdikcə həmin virus müəyyən yollarla həmin ərazilərə gəlib çatıb. Amma  bu qorxulu deyil. Həmin virus bağlarda aşkarlanarsa xüsusi dərmanlar vasitəsi ilə qarşısını almaq olar. Ağacların quruması ilə bağlı məlumatı digər bir mütəxəssis , aqronom  İmam Tahirovdan öyrənməyə çalışdıq. İmam müəllim bildirdi ki, həmin ağaclar iki variantda quruya bilər. Birinci gilas ağacları isti havalarda suvarılıb, ikinci halda isə ağacları kökdən məhv edən göbələk xəstəliyi olub. Fermerlərin nəzərinə çatdırmaq istəyirəm ki, gilas ağaclarını  ancaq günün sərin vaxtlarında suvarmaq lazımdır. Digər təsir edən amil isə dediyimiz kimi göbələk xəstəliyidir ki , bunu da dərmanlar vasitəsi ilə qarşısını almaq olur. Gilas elə bir ağac növüdür ki, ona edilən düzgün qulluq onun ömrünü bir əsrə çatdıra bilər. Ağacların quruması ilə bağlı narahat olan fermerlər bizə müraciət edə bilər və lazimı tapşırıqlarımızı və köməkliyimizi edə bilərik..

İstixəbər.info saytı olaraq ağacları qurumağa başlayan fermerlərə narahat olmamağa və vaxtı-vaxtında mütəxəssis rəyi əsasında bağlarına qulluq etməyi məsləhət görürük…

Sonda isə siz oxucuları gilas bağından hazırladığımız videosujeti izləməyə dəvət edirik:

İstixəbər.info İnformasıya Portalı Xaçmaz 2018-ci il

Rəşad Ağaşirinov:Baş redaktor

loading...
TƏSİSÇİ: ƏLƏKBƏROV SƏNAN MƏMMƏD OĞLU. BAŞ REDAKTOR: RƏŞAD ORUC OĞLU AĞAŞİRİNOV - Saytın bütün hüquqlar qorunur. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir. ƏLAQƏ: +99455 233-73-39 +99470 2337339 EMAİL: istixeber.info@mail.ru ÜNVAN: YEVLAX ŞƏHƏRİ NİZAMİ PROSPEKTİ 26