BIGtheme.net http://bigtheme.net/ecommerce/opencart OpenCart Templates

Səhiyyə Nazirliyin mütəxəssisləri Klinik Xəstəxanaya ezam olundu


  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  

Səhiyyə Nazirliyinin aparıcı mütəxəssisləri 3 saylı Şəhər Klinik Xəstəxanasına  ezam olunublar.

Bu barədə İstixəbər.info-ya Səhiyyə Nazirliyinin mətbuat katibi Pərviz Abubəkirov məlumat verib.

Pərviz Abubəkirovun sözlərinə görə, briqadaya Səhiyyə Nazirliyinin Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunun direktoru İlqar Qasımov, uşaq travmatoloqları, ortopedləri, neyrocərrahları və digərlər daxildir. Mütəxəssislər həmin xəstəxanada olan 5 uşağın müalicəsi ilə məşğuldur. Hazırda onlardan ikisi əməliyyat olunur”.

Qeyd edək ki, bu gün Bakı şəhəri, Xəzər rayonunun Binə qəsəbəsində sərnişin avtobusu ilə qatarın toqquşması nəticəsində 1 nəfər ölüb, 34 nəfər xəsarət alıb. Yaralılardan 2-si Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutuna, 3-ü 1 saylı Kliniki Tibbi Mərkəzə, digərləri isə 3 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirilib.

İstixəbər.info İnformasiya Portalı

loading...