BIGtheme.net http://bigtheme.net/ecommerce/opencart OpenCart Templates

Mömində gərək bu 7 xislət olsun


  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  

İnsan iki dünyaya, iki həyata malik bir varlıqdır. Bu iki dünya onun daxili aləmi, daxili dünyası və zahiri bədənidir. Düzdür insan zahiri görkəmi ilə tanınır, lakin ona qiymət və dəyər qazandıran onun daxili aləmidir. Hər bir kəsin dəyəri onun mənəviyyat göstəricisi olan imanı, əxlaqı, insafı qədərindədir.

Necə ki Qurani Kərim sizin ən üstününüz Allaha daha çox bağlı olanınız, Ondan daha çox qorxanınızdır deyə buyurur (Hucurat-13).

Allaha bağlılıq imandır. Kimin imanı daha sabitdirsə, qarşıya çıxan nəfsi maneələr müqabilində daha möhkəm və sarsılmazdırsa, o kəs Allaha daha yaxın olandır. Bəli bu yaxınlıq artdıqca sabitlik və sarsılmazlıq da artır. Hadisələr və nəfsi istəklər müqabilində, bəla və çətinliklər müqabilində insan dağ kimi dayanır. Şeytan, nəfs, düşmən onu zərrə qədər nə şəkkə sala bilir, nə də sabitliyini və vüqarını poza bilir.

İstixəbər.info islaminsesi.info-ya istinadən bildirir ki, İmam Baqir (ə) buyurur: Mömin dağdan da möhkəmdir, dağ azalar amma möminin imanından azalmaz!”

(Kafi 2/241)

İmam Sadiq (ə) möminin diqətli, düşüncəli, sabitqədəm və aram olmasına işarə edərək buyurur:

“Mömində gərək bu 7 xislət olsun:

1-Fitnə və qarışıqlıq vaxtı aram olsunlar

2 – Bolluq və asayiş zamanı şükranlıq etsin,

3 – Çətinlik zamanı qənaətcil olsun

4– Düşmən və müxaliflərinə qarşı zülümkar olmasın

5 – Dostlarına yük olmasın

6 – Gözləri yorğun olsun (tamahkar olmasın)

7 – Başqaları onun əlindən hər cür asayiş və əminlikdə olsunlar(onun əlindən çətinlik və zərər görməsinlər)”

(Kafi 2/47)

İstixəbər.info İnformasiya Portalı

loading...
TƏSİSÇİ: ƏLƏKBƏROV SƏNAN MƏMMƏD OĞLU. BAŞ REDAKTOR: RƏŞAD ORUC OĞLU AĞAŞİRİNOV - Saytın bütün hüquqlar qorunur. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir. ƏLAQƏ: +99455 233-73-39 +99470 2337339 EMAİL: istixeber.info@mail.ru ÜNVAN: YEVLAX ŞƏHƏRİ NİZAMİ PROSPEKTİ 26