BIGtheme.net http://bigtheme.net/ecommerce/opencart OpenCart Templates

Qazax Rayon Polis Şöbəsində öldürülən Elmir Axundovun görüntüləri yayılıb (VİDEO)


  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  

Elmir Axundov iki gün öncə Qazax polisi tərəfindən saxlanılıb.

İstixəbər.info Mediaxeberleri.az-ın məlumatına istinadən xəbər verir ki,yaxınları bu gün Elmirin ölüm xəbərini alıb. Onun ölümündə polisi günahlandıran qohumları buna etiraz olaraq Qazax Rayon Polis Şöbəsinin (RPŞ) qarşısına toplaşıb.

Yaxınlarının sözlərinə görə, Elmiri polis əməkdaşlarına müqavimət adı ilə rayon polis şöbəsinə aparıblar.

Qohumları bildirirlər ki, mərhum polis şöbəsində ölüb. Elmir Axundovun fiziki zorakılığa məruz qaldığı, başına və sinəsinə endirilən zərbələr nəticəsində qabırğalarında sınıqlar yarandığı göstərilib.

Digər diqqətçəkən məqam isə ondadır ki, Qazax rayon polis şöbəsində mərhumun qohumlarından şikayətçi olmadıqlarına dair ərizə tələb ediblər, əks təqdirdə meyiti verməyəcəklərini bildiriblər. Hazırda Elmir Axundovun qohumları onun polis şöbəsində döyülərək öldürüldüyünü iddia edərək faktın düzgün araşdırılması üçün Azərbaycan hüquq-mühafizə orqanlarına müraciət ediblər.

Əməkdaşımız məsələ ilə bağlı, DİN-nin mətbuat xidmətinin Gəncə regional qrupunun baş inspektoru polis leytenantı Eşqin Qasımov ilə əlaqə saxlayıb. O, bildirib ki, qısa müddət ərzində məsələni olduğu kimi ictimaiyyətə çatdıracağıq.

İstixəbər.info İnformasiya Portalı

loading...