BIGtheme.net http://bigtheme.net/ecommerce/opencart OpenCart Templates

Saxta pul kəsən Sabirabad sakini tutulub


  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  

Sentyabrın 22-də Sabirabad Rayon Polis Şöbəsinə müraciət edən şəhər sakini İ.Əkbərov həmin gün mağazasına gəlmiş yeniyetmənin ona 100 manatlıq əskinas verərək tütün məmulatı aldığını bildirib. Sonradan saxta olduğunu aşkar etdiyindən mağazanın sahibi həmin pulu polisə təqdim edib.

Bu barədə İstixəbər.info-ya Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Araşdırmalarla yeniyetməyə həmin pulu iki həmyerlisinin verdiyi, sonuncuların isə qeyd edilən əskinası Rəşad adlı şəxsdən aldıqları müəyyən edilib.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon sakini Rəşad Xəlilzadə saxlanılıb. Ətrafında aparılan əməliyyat tədbirləri ilə onun əlavə olaraq 18 ədəd 100 manatlıq, 22 ədəd 50 manatlıq saxta əskinaslar hazırladığı da müəyyən edilib.

Faktla bağlı Cinayət Məcəlləsinin 204-cü (saxta pul və ya qiymətli kağızlar hazırlama, əldə etmə və ya satma) maddəsi ilə cinayət işi başlanılıb.

İstixəbər.info İnformasiya Portalı

loading...