BIGtheme.net http://bigtheme.net/ecommerce/opencart OpenCart Templates

Qusarın 49 illik stadionu yenilənir – FOTO


  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  

Stadion təmirdən sonra 2655 tamaşaçı tutumuna malik olacaq.

Qusar şəhərində 1969-cu ildə inşaa edilən stadionun yenidən qurulmasına başlanılıb. İstixəbər.info İstiPress-in məlumatına istinadən xəbər verir ki, köhnə stadionun tutumu çox olmayıb. Yenidənqurmadan sonra isə tamaşaçı tutumu problemi olmayacaq.

Adıçəkilən məkanda təmir işləri bir neçə ay öncə başlayıb. İnşaat işlərini aparan tikinti təşkilatı ilə əlaqə saxlamaq cəhdlərimiz alınmasa da, Qusar icra hakimiyyətindən stadionla bağlı açıqlama verilib.

İcra başçısının müavini Elman Mustafayevin məlumatına görə, yeni stadionun 2655 yerlik olması nəzərdə tutulub. Burada idmançılar üçün hər cür şərait yaradılacaq. Nəfis tərtibatda inzibatı bina, məşqçi, geyim və istirahət otaqları inşa ediləcək. Ot örtüyü də yenilənəcək.

Qusarın “Şahdağ” futbol komandası da yeni stadionun istifadəyə verilməsini səbrsizlikə gözləyir. Hələlik aşağı liqalarda oynayan “Şahdağ” azarkeşlərini yeni stadonda daha çox sevindirəcəyinə ümid edilir.

Stadionun istifadəyə verilmə tarixi açıqlanmır.

İstixəbər.info İnformasiya Portalı

loading...