Ç. Dek 11th, 2019

Daşkəsəndə avtomobil dərəyə aşdı — Sürücü öldü

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  

Daşkəsən rayonunda ölümlə nəticələnən yol qəzası baş verib.

İstixəbər.info xəbər verir ki, hadisə Daşkəsən – Əmirvar avtomobil yolunun Gurbulaq kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Gurbulaq kənd sakini, 1975-ci il təvəllüdlü Razayev İlqar Həmid oğlu “VAZ-2121” markalı avtomobillə hərəkətdə olarkən idarəetməni itirib və maşın dərəyə aşıb. Ağır bədən xəsarətləri alan sürücü xəstəxanaya aparılarkən yolda keçinib.

Faktla bağlı Daşkəsən rayon Polis şöbəsində araşdırma aparılır./report

İstixəbər.info İnformasiya Portalı