BIGtheme.net http://bigtheme.net/ecommerce/opencart OpenCart Templates

Bakıda Metronu su basdı – VİDEO


  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  

Səhər saatlarından Bakıya yağan güclü yağış ciddi problemlər yaradıb.

“Bakı Metropoliteni” QSC-nin mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Bəxtiyar Məmmədov İstixəbər.info-ya açıqlamasında bildirib ki, suyun səviyyəsinin 10-15 sm qalxması nəticəsində “Memar Əcəmi” metro stansiyasının yeraltı keçidini su basıb.

“Metropoliten və Fövqəladə Hallar Nazirliyinin əməkdaşlarının birgə səyləri nəticəsində problem qısa müddətdə aradan qaldırılıb”, – deyə o bildirib.

B.Məmmədov bildirib ki, yeraltı keçidin su basması metronun işinə təsir etməyib.

Qeyd edək ki, bu gün Bakıda müşahidə olunan güclü leysan yağışları paytaxtda müxtəlif fəsadlara səbəb olub.

İstixəbər.info İnformasiya Portalı

loading...