BIGtheme.net http://bigtheme.net/ecommerce/opencart OpenCart Templates

Güclü yağış elektrik şəbəkələrində fəsad yaratdı


  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  

Ölkə ərazisində hava şəraitinin kəskin dəyişməsi Şimal-Qərb və Cənub Regional elektrik şəbəkələrində bəzi fəsadlara səbəb olub.

Bu barədə İstixəbər.info-ya “Azərişıq”ASC-dən məlumat verilib.

ASC-dən bildirilib ki, elektrik verilişi xətlərində “Azərişığ”ın əməkdaşları qabaqlayıcı tədbirlər görüb:

“Əməkdaşlarımız yaranan qısa fasilələri operativ aradan qaldırıblar. Bakı şəhəri, Binəqədi rayonu, Xutor qəsəbəsində yerləşən 97 saylı yarimstansiya güclü yağışın yaratdığı sel sularına məruz qalıb”.

Qurumdan qeyd edilib ki,  Nəsimi və Nərimanov rayonlarının Cavadxan və Hacıbəyli küçələrinin yaşayış massivlərində səhər saatlarında elektrik enerjisinin verilməsində qısa müddətli fasilə yaranıb.

İstixəbər.info İnformasiya Portalı

loading...