BIGtheme.net http://bigtheme.net/ecommerce/opencart OpenCart Templates

Pedaqoji Universitetin tələbəsi avtomobil qəzasında xəsarət alıb


  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  

Axşam saatlarında Şəkidə xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

İstixəbər.info xəbər verir ki, 1996-cı il təvəllüdlü yerli sakin Salamov Sahib Möhlüd oğlu minik maşını ilə Şəki-Marxal yolunda hərəkətdə olarkən sərt döngədə idarəetməni itirib və avtomobili yolun kənarındakı çökəkliyə aşırıb.

Nəticədə M.Salamov və Şirvan şəhərindən olan 1997-ci il təvəllüdlü sərnişin Əmrahova Ceyhunə Arif qızı aldıqları bədən xəsarətləri ilə Şəki Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar. Onların hər ikisinə ilkin tibbi yardım göstərilib, vəziyyətləri orta-stabildir.

Xəsarət alan 21 yaşlı Ceyhunə Əmrahova Pedaqoji Universitetin Şəki filialının tələbəsidir.

Faktla bağlı araşdırma aparılır.

İstixəbər.info İnformasiya portalı

loading...