BIGtheme.net http://bigtheme.net/ecommerce/opencart OpenCart Templates

Benzin və dizellə bağlı AÇIQLAMA


  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  

Cari ilin ilk səkkiz ayında Azərbaycanda 1 milyon 361,9 min ton dizel yanacağı, 807 min ton avtomobil benzini, 151,4 min ton neft-kimya sənayesində istifadə üçün benzin, 418 min ton ağ neft, 50,9 min ton yanacaq mazutu, 58 min ton sürtkü yağları, 192,5 min ton neft bitumu və 173,5 min ton neft koksu istehsal edilib.

Dövlət Statistika Komitəsindən İstixəbər.info-ya verilən məlumata görə, səkkiz ayda neft məhsullarının istehsalı sahəsində istehsalın ümumi dəyəri 2 milyard 92,6 milyon manat olmaqla əvvəlki ilin yanvar-avqust ayları ilə müqayisədə 7,6 faiz artıb.

Hesabat dövründə neft məhsullarından yanacaq mazutunun istehsalı 79,8 faiz azalıb. Avtomobil benzininin, ağ neftin, dizel yanacağının, sürtkü yağlarının, neft bitumunun və neft koksunun istehsalı isə çoxalıb.

İstixəbər.info İnformasiya Portalı

loading...
TƏSİSÇİ: ƏLƏKBƏROV SƏNAN MƏMMƏD OĞLU. BAŞ REDAKTOR: RƏŞAD ORUC OĞLU AĞAŞİRİNOV - Saytın bütün hüquqlar qorunur. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir. ƏLAQƏ: +99455 233-73-39 +99470 2337339 EMAİL: istixeber.info@mail.ru ÜNVAN: YEVLAX ŞƏHƏRİ NİZAMİ PROSPEKTİ 26