Bz. Dek 15th, 2019

Qadını qızının çılpaq şəkilləri ilə şantaj etdilər — Şirvanda

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  

Şirvan şəhərində qadından 3000 manat tələb edən şəxs saxlanılıb.

Bu barədə İstixəbər.info-ya Daxili İşlər Nazirliyindən bildirilib.

Məlumata görə, Şirvan şəhər Polis şöbəsinə müraciət edən qadın bir nəfərin onun qızının çılpaq şəkillərini sosial şəbəkədə yayacağı ilə hədələyərək 3000 manat tələb etdiyini bildirib.

Sentyabrın 15-də polis əməkdaşlarının keçirdikləri təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində həmin şəxs qadından qeyd olunan məbləği alarkən cinayət başında yaxalanıb.

Araşdırmalarla onun Şamaxı rayon sakini Hüseyn Sayılov olduğu müəyyən edilib.

Faktla əlaqədar Cinayət Məcəlləsinin 182-ci maddəsi (hədə-qorxu ilə tələb etmə) ilə cinayət işi başlanılıb.

Faktla bağlı araşdırma aparılır.

İstixəbər.info İnformasiya Portalı