BIGtheme.net http://bigtheme.net/ecommerce/opencart OpenCart Templates

DİQQƏT, UŞAQLAR!


  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  

Respublikamızın ümumtəhsil məktəblərində yeni dərs ilinin başlanması ilə əlaqədar hərəkətin intensivliyinin yüksək olduğu küçə və yollarda məktəblilərin təhlükəsizliyinin təmin edilməsi, xüsusilə uşaq və yeniyetmələrin yol hərəkəti ilə bağlı həyat və sağlamlıqlarının qorunması vacib məsələlərdəndir.
Bu səbəbdən uşaq və yeniyetmələrin iştirakı ilə yol-nəqliyyat hadisələrinin qarşısının alınması istiqamətində profilaktiki tədbirlərin gücləndirilməsi, habelə ümumtəhsil məktəblərində şagirdlərə təhlükəsiz davranış vərdişlərinin aşılanması məqsədi ilə Daxili İşlər Nazirliyinin 12 sentyabr 2018-ci il tarixli müvafiq göstərişinə əsasən 2018-ci ilin sentyabr ayının 15-dən oktyabrın 15-dək respublika ərazisində “Diqqət, uşaqlar!” adı altında hərəkətin təhlükəsizliyi aylığı keçirilir.

DİN Mətbuat Xidmətinin Şəki regional qrupundan İstixəbər.info-ya verilən məlumata görə, bu istiqamətdə Şəki Şəhər-Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi bölməsinin əməkdaşları tərəfindən də hərəkət iştirakçılarının məlumatlandırılması məqsədilə profilaktiki tədbir keçirilib. Tədbir zamanı 55 sürücü saxlanılaraq onlara maarifləndirici vərəqələr paylanılıb. Sürücülərə təqdim edilən məlumatda onların yaddaşlarının təzələməsi üçün Yol Hərəkəti Haqqında Qanunun və Azərbaycan Respublikası İXM-nin müvafiq maddələri onlara bir daha ətraflı şəkildə izah olunub.

DİQQƏT, UŞAQLAR!Respublikamızın ümumtəhsil məktəblərində yeni dərs ilinin başlanması ilə əlaqədar hərəkətin intensivliyinin yüksək olduğu küçə və yollarda məktəblilərin təhlükəsizliyinin təmin edilməsi, xüsusilə uşaq və yeniyetmələrin yol hərəkəti ilə bağlı həyat və sağlamlıqlarının qorunması vacib məsələlərdəndir.Bu səbəbdən uşaq və yeniyetmələrin iştirakı ilə yol-nəqliyyat hadisələrinin qarşısının alınması istiqamətində profilaktiki tədbirlərin gücləndirilməsi, habelə ümumtəhsil məktəblərində şagirdlərə təhlükəsiz davranış vərdişlərinin aşılanması məqsədi ilə Daxili İşlər Nazirliyinin 12 sentyabr 2018-ci il tarixli müvafiq göstərişinə əsasən 2018-ci ilin sentyabr ayının 15-dən oktyabrın 15-dək respublika ərazisində “Diqqət, uşaqlar!” adı altında hərəkətin təhlükəsizliyi aylığı keçirilir.DİN Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, bu istiqamətdə Şəki Şəhər-Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi bölməsinin əməkdaşları tərəfindən də hərəkət iştirakçılarının məlumatlandırılması məqsədilə profilaktiki tədbir keçirilib. Tədbir zamanı 55 sürücü saxlanılaraq onlara maarifləndirici vərəqələr paylanılıb. Sürücülərə təqdim edilən məlumatda onların yaddaşlarının təzələməsi üçün Yol Hərəkəti Haqqında Qanunun və Azərbaycan Respublikası İXM-nin müvafiq maddələri onlara bir daha ətraflı şəkildə izah olunub. Mahir Məsimovpolis leytenantı

Опубликовано Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Суббота, 15 сентября 2018 г.

İstixəbər.info İnformasiya Portalı

loading...
TƏSİSÇİ: ƏLƏKBƏROV SƏNAN MƏMMƏD OĞLU. BAŞ REDAKTOR: RƏŞAD ORUC OĞLU AĞAŞİRİNOV - Saytın bütün hüquqlar qorunur. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir. ƏLAQƏ: +99455 233-73-39 +99470 2337339 EMAİL: istixeber.info@mail.ru ÜNVAN: YEVLAX ŞƏHƏRİ NİZAMİ PROSPEKTİ 26