BIGtheme.net http://bigtheme.net/ecommerce/opencart OpenCart Templates

Havalar soyuyur — RƏSMİ XƏBƏRDARLIQ


  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  

“Sentyabr ayının 17-dən etibarən Azərbaycanda havanın temperaturu günü-gündən aşağı enməyə başlayacaq”

İstixəbər.info xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ekoloji maarifləndirmə və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Umayra Tağıyeva Report-a açıqlamasında bildirib.

O deyib ki, hazırda ölkə ərazisində iqlim normasından yuxarı temperatur müşahidə olunur:

“Ümumiyyətlə sentyabr ayının ötən dövründə havanın temperaturu iqlim norması daxilində olub, ayrı-ayrı günlərdə normadan 1-2 dərəcə yuxarı qalxıb. Lakin ayın ikinci ongünlüyünün ikinci yarısında, yəni sentyabr ayının 17-dən başlayaraq Abşeron yarımadasında şimal küləyinin sürəti bir qədər artacaq”.

U.Tağıyevanın sözlərinə görə, sentyabr ayına xarakterik göstəricilərə uyğun olaraq son günlər gündüz müşahidə edilən temperaturla axşam müşahidə olunan arasında fərq var:

“Gecə və gündüz arasında olan temperatur fərqi avqust ayı ilə müqayisədə daha çox hiss edilir. Gündüz hava isti olsa da, axşam saatlarında sərinlik qeydə alınır”.

İstixəbər.info İnformasiya Portalı

loading...