BIGtheme.net http://bigtheme.net/ecommerce/opencart OpenCart Templates

Salyanda iyrənc cinayət — 13 yaşlı qızı zorladı, balta və bıçaqla hədələdi


  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  

Zorlamada təqsirli bilinən Salyan rayon sakini Əlif Nadirovun (cinayət işində adı keçən şəxslərin ad və soyadları şərtidir) cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

İstixəbər.info xəbər verir ki, Əlif Nadirov 1995-ci ildə Salyan rayonun Dayıkənd kəndində anadan olub. Sonradan Salyan rayonunun mərkəzinə köçüb, burada yataqxanada yaşamağa başlayıb. O, qonşusu, 2003-cü il təvəllüdlü Samirə Qurbanova zorlamaqda təqsirli bilinib.

Azyaşlını içəri saldı, qapını arxadan bağladı və…

Əlif Nadirov 2016-cı ildə Samirə Qurbanovanı oynamaq bəhanəsi ilə yaşadığı Salyan şəhəri, N.Babayev küçəsində yerləşən yataqxananın ikinci mərtəbəsindəki mənzilə dəvət edib. O, Samirəni içəri salandan sonra qapını arxadan bağlayıb.
Bundan sonra Əlif Samirəni qollarından tutub və ona zor tətbiq edib. O, qızı döşəmənin üzərinə uzadaraq soyundurub.

Zorakılıq

Əlif zorakılıq göstərməklə qızla qeyri-təbii yolla cinsi əlaqədə olub. Təcavüzə məruz qalan Samirə ağlayıb, ucadan qışqıraraq kömək çağırıb. Bu zaman Əlif qapını açmağa məcbur qalıb. Qız paltarını geyinərək hadisə yerini tərk edib.

Balta və bıçaqla…

Daha sonra Əlif qızı öldürməklə hədələyib. O, qıza balta və bıçaq göstərərək, baş verənləri danışacağı təqdirdə onu, habelə anası və atasını öldürəcəyini deyib. Qorxuya düşən qız olayı bir neçə il gizlədib.

Bundan sonra Əlif yenidən qızla cinsi əlaqədə olmaq istəyib. Belə olduqda isə qız baş verənləri anasına danışmağa məcbur qalıb.

Samirənin ailə üzvləri baş verən təcavüz olayı ilə bağlı Salyan rayon polis şöbəsinə ərizə ilə müraciət ediblər. Müraciət əsasında Əlif həbs olunub.

9 il cəza

Əlif Nadirova qarşı Cinayət Məcəlləsinin 150.3.3-cü (təqsirkar şəxs üçün aşkar surətdə on dörd yaşına çatmayan şəxs barəsində seksual xarakterli zorakılıq hərəkətləri etmə) maddəsi ilə ittiham irəli sürülüb.

Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Əlif Nadirov 9 il müddətinə azadlıqdan məhrum edilib. Onun cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi barədə qərar qəbul olunub.

Hökmdən narazı qalan Əlif Nadirov apellyasiya şikayəti verib. O, şikayətində cəzasının dəyişdirilməsini, barəsində bəraətverici hökmün çıxarılmasını istəyib.

Bəraət istədi, hökm dəyişmədi

Şirvan Apelyasiya Məhkəməsinin qərarı ilə Əlif Nadirovun barəsində olan hökm qüvvədə saxlanılıb. Bundan sonra o, eyni tələblə kasasiya şikayəti verib.
Əlif Nadirovun şikayəti araşdırılması üçün bu yaxınlarda Ali Məhkəməyə göndərilib. Şikayət hakim Tahir Kazımovun sədrlik etdiyi kollegiyada araşdırılıb.
Hakim heyəti kasasiya şikayətinin dəlillərini araşdırandan sonra qərar elan edib. Qərara görə, Əlif Nadirov şikayəti təmin olunmayıb./Ölkə.az

İstixəbər.info İnformasiya Portalı

loading...