BIGtheme.net http://bigtheme.net/ecommerce/opencart OpenCart Templates

14 yaşlı qız itgin düşüb


  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  

Sumqayıt şəhərində yeniyetmə qız itkin düşüb.

İstixəbər.info xəbər verir ki, Sumqayıt şəhər sakini, 2004-cü il təvəllüdlü Şahanə Xalid qızı Baxşıyeva altı gün bundan əvvəl, təqribən, axşam saatlarında yaşadığı Kimyaçılar qəsəbəsindəki evdən çıxaraq naməlum istiqamətə gedib və bir daha geri qayıtmayıb.

Onun əlamətləri: Boyu, təqribən, 150 sm, orta bədən qurluşlu, uzunsov sifət, qarayanız, şabalıdı saçlı , qara qaşlı, gözlərinin rəngi qonurdur.

Evdən çıxarkən əynində ağ gülləri olan qırmızı kofta, qara şalvar və ayağında ağ rəngli idman ayaqqabısı olub. Bu barədə məlumatı olan şəxslərdən xahiş olunur ki, (018) 65 302-02 və (050) 614-46-56 telefon nömrələri ilə əlaqə saxlasınlar.

İstixəbər.info İnformasiya Portalı

loading...
TƏSİSÇİ: ƏLƏKBƏROV SƏNAN MƏMMƏD OĞLU. BAŞ REDAKTOR: RƏŞAD ORUC OĞLU AĞAŞİRİNOV - Saytın bütün hüquqlar qorunur. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir. ƏLAQƏ: +99455 233-73-39 +99470 2337339 EMAİL: istixeber.info@mail.ru ÜNVAN: YEVLAX ŞƏHƏRİ NİZAMİ PROSPEKTİ 26