Ç. Dek 11th, 2019

AMERİKALI FUTBOLÇU KARYERASINI BAŞA VURDU

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  

ABŞ millisinin sabiq futbolçusu Cermeyn Cons karyerasını bitirib.

İstixəbər.info Goal.az-a istinadən xəbər verir ki, bu barədə futbolçu özü məlumat verib. O, “instaqram”da bunları yazıb:

“18 ildən sonra xudahafizləşirəm. Mənə tamamilə aydındır ki, getmək üçün ən uyğun vaxtdır. Fikirləşmək üçün bir-iki ay vaxtım oldu. Bu illər ərzində mənə inanan məşqçilərə və komanda yoldaşlarıma təşəkkür edirəm. Xüsusi təşəkkür isə daim mənə dəstək verən azarkeşlərədir”.

Consun son klubu “Los-Angeles Galaxy” olub. O, Bundesliqada müxtəlif klubların heyətində 165 oyun keçirib. Cermeyn ABŞ yığmasının formasını 69 oyunda geyinib.

İstixəbər.info İnformasiya Portalı