BIGtheme.net http://bigtheme.net/ecommerce/opencart OpenCart Templates

“GOOGLE” URL-ÜNVANLARDAN İMTİNA EDƏ BİLƏR


  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  

“Google”un mühəndisləri saytların identifikasiyası üçün URL-ünvanlardan imtina etməyə imkan verən yeni üsullar hazırlayır.

İstixəbər.info AZƏRTAC-a istinadən bildirir ki, şirkətin nümayəndələrinin fikrincə URL-ünvanın indiki formatı köhnəlib. Bundan başqa, URL-ünvanlar təhlükəli ola bilər, çünki əksər smartfonlarda onlar tam göstərilmir ki, bu da hakerlərə saytların ünvanını dəyişdirməyə imkan verir. “Google” yeni həllini payızda, yaxud 2019-cu ilin əvvəlində nümayiş etdirəcək.

Hazırda “Google Chrome” brauzeri təxminən 2 milyard dəfə yüklənilib, bu halda 1 milyard nəfər hər ay brauzerdən istifadə edir.

“Statcounter”in məlumatına görə, cari ilin avqustunda dünyada “Google” axtarış sisteminin payı 59,69 faiz olub.

İstixəbər.info İnformasiya Portalı

loading...

TƏSİSÇİ: ƏLƏKBƏROV SƏNAN MƏMMƏD OĞLU. BAŞ REDAKTOR: RƏŞAD ORUC OĞLU AĞAŞİRİNOV - Saytın bütün hüquqlar qorunur. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir. ƏLAQƏ: +99455 233-73-39 +99470 2337339 EMAİL: istixeber.info@mail.ru ÜNVAN: YEVLAX ŞƏHƏRİ NİZAMİ PROSPEKTİ 26