BIGtheme.net http://bigtheme.net/ecommerce/opencart OpenCart Templates

GƏNCƏDƏ APTEKLƏRDƏ GÜCLÜ TƏSİREDİCİ VƏ PSİXOTROP TƏRKİBLİ DƏRMANLAR AŞKARLANDI


  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  

Gəncə şəhəri ərazisindəki bir neçə aptekdə güclü təsiredici xüsusiyyətə malik və psixotrop tərkibli dərmanlar aşkarlanıb.

Daxili İşlər Nazirliyindən (DİN) İstixəbər.info-ya verilən məlumata görə, əldə edilən əməliyyat məlumatı əsasında Baş Narkotiklərlə Mübarizə İdarəsinin Qərb Bölgəsində Regional Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Gəncə şəhəri ərazisində şəhər sakinləri əvvəllər məhkum olunmuş Şəlalə Əliyevanın işlətdiyi və Şakir Sadıxovun təsisçisi olduğu apteklərə baxış zamanı psixotrop tərkibli 59 ədəd “Relanium diazepam 5 mg/ml”, həmçinin 465 ədəd “Qaloperidol-Rixter 5 mq”, 30 ədəd “Aminazin” və güclü təsiredici xüsusiyyətə malik 75 ədəd “Tramadol kalseksi 2 ml” aşkar edilərək götürülüb.

DİN BNMİ və QBRŞ əməkdaşlarının həyata keçirdikləri daha bir uğurlu əməliyyat tədbiri ilə Gəncə şəhəri ərazisində şəhər sakini Kəmalə Bağırovaya məxsus aptekə baxış zamanı güclü təsiredici xüsusiyyətə malik 150 ədəd “Tramadol 50 mg”, psixotrop tərkibli 100 ədəd “Relanium diazepam 5 mg/ml”, həmçinin 34 ədəd “Kalium-Permanqanat”, 250 ədəd “Diabeton MR 60 mq” və 9 ədəd “Xumulin NPX” aşkar edilərək götürülüb.

İstixəbər.info İnformasiya Portalı

loading...
Bağla
SİZİN REKLAM
TƏSİSÇİ: ƏLƏKBƏROV SƏNAN MƏMMƏD OĞLU. BAŞ REDAKTOR: RƏŞAD ORUC OĞLU AĞAŞİRİNOV - Saytın bütün hüquqlar qorunur. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir. ƏLAQƏ: +99455 233-73-39 +99470 2337339 EMAİL: istixeber.info@mail.ru ÜNVAN: YEVLAX ŞƏHƏRİ NİZAMİ PROSPEKTİ 26