BIGtheme.net http://bigtheme.net/ecommerce/opencart OpenCart Templates

Şəkidə avtomobil körpüdən dərəyə düşüb, üç nəfər xəsarət alıb


  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  

İstixəbər.info-un məlumatına görə, hadisə sentyabrın 6-dan 7-nə gecə saat 4 radələrində Şəki-Qax avtomobil yolunda baş verib.

Şəki şəhər sakini 1986-cı il təvəllüdlü Asif Vahid oğlu Qurbanovun idarə etdiyi “Mercedes” markalı minik avtomobili ilə hərəkətdə olarkən idarəetməni itirməsi səbəbindən maşın ərazidən axan çayın üzərindəki rəmzi “İncə” körpüsündən dərəyə yuvarlanıb. Qəzadan sonra sürücü Asif Qurbanov və avtomobildə olan Şəki şəhər sakinləri – 1996-cı il təvəllüdlü Taleh Etibar oğlu Mahmudov və 1992-ci il təvəllüdlü Ceyhun Şirməmməd oğlu Beydiyev aldıqları müxtəlif dərəcəli bədən xəsarətləri ilə Şəki Mərkəzi Rayon Xəstəxanasına (MRX) aparılıblar.

MRX-dan “Report”a bildirlib ki, yaralılardan Asif Qurbanov vəziyyəti ağır olduğundan reanimasiya şöbəsinə yerləşdirilib. Yaralılardan Ceyhun Beydiyev cərrahiyə şöbəsinə yerləşdirilib, Taleh Mahmudovun vəziyyəti yüngül olduğundan ona xəstəxanada ilkin yardım göstərildikdən sonra ambulator müalicə almaq şərti ilə evə buraxılıb.

Faktla bağlı DİN-in Dövlət Yol Polisi İdarəsinin Baş İstintaq və Təhqiqat bölməsində araşdırma aparılır. /Report

İstixəbər.info İnformasiya Portalı

loading...
Bağla
SİZİN REKLAM
TƏSİSÇİ: ƏLƏKBƏROV SƏNAN MƏMMƏD OĞLU. BAŞ REDAKTOR: RƏŞAD ORUC OĞLU AĞAŞİRİNOV - Saytın bütün hüquqlar qorunur. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir. ƏLAQƏ: +99455 233-73-39 +99470 2337339 EMAİL: istixeber.info@mail.ru ÜNVAN: YEVLAX ŞƏHƏRİ NİZAMİ PROSPEKTİ 26