BIGtheme.net http://bigtheme.net/ecommerce/opencart OpenCart Templates

Allah şeytanı niyə xəlq etdi?


  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  

Bəzilərində bu sual meydana gəlir ki, Allah şeytanı hansı məqsədlə xəlq etmişdir? Axı insanı hidayət edən peyğəmbərləri və səma kitabları vardır. Şeytanın (lən) xəlq olunmasında məqsəd nə olmuşdur?

Gərək bu sualın cavabında deyək ki, Allah Təala şeytanı, şeytan olaraq xəlq etməmişdir. Əslində Uca Xaliq cinləri xəlq etmişdir. Bu, cindir ki, dönüb şeytan olmuşdur.

Eləcə də Allah Fironu, Firon olaraq xəlq etməmişdir, onu insan olaraq xəlq etmişdir. Bu, həmin insandır ki, Firona çevrilmişdir.

Həmin şeytan Allaha 6 min il ibadət edir, hətta mələklərin müəllimi belə olur. Həm abid idi və həm də alim. Şeytanı, şeytan edən şey – təkəbbürü oldu və o məlun, Həzrət Adəm (ə) qarşısında səcdə etmədi.

İstixəbər.info deyerler.org-a istinadən bildirir ki, Allah Təala şeytan barəsində buyurur: “Və (yada sal) o zaman(ı) ki, mələklərə “Adəmə səcdə edin” dedik. Cinlərdən (cin tayfasından) olan İblisdən başqa onlar hamılıqla səcdə etdilər (İblis də cin olduğu üçün belə etdi, yoxsa ki, mələk günah etməz). Beləliklə o, öz Rəbbinin əmrindən çıxdı.

(Belə isə,) sizə düşmən olduqları halda Mənim yerimə, onu və onun övladlarını özünüzə dost, yardımçı və başçı götürürsünüz?!

Allahın yerinə götürdükləri, zalımlar üçün pis əvəzdir”. (“Kəhf” 50).

Şeytan (lən) isə deyər: “Dedi: “Mən ondan daha yaxşıyam, məni oddan, onu isə gildən yaratmısan. (Od gildən daha yaxşıdır. Buna görə də daha yaxşıdan yaradılmış şey, daha yaxşıdır)”. (“Əraf” 12).

Allah Təala cin barəsində isə buyurur: “Və cini (yaxud cinlərin əcdadını) odun ağ, qırmızı, qara şöləsindən yaratdı”. (“Rəhman” 15).

Beləliklə deyə bilərik ki, Allah şeytanı deyil, cinləri xəlq etmişdir. Bu, cin və insandır ki, özünü şeytana və Firona çevirir və Allahın rəhmətindən məhrum olur.

İstixəbər.info İnformasiya Portalı

loading...