BIGtheme.net http://bigtheme.net/ecommerce/opencart OpenCart Templates

İmam Əli (ə) Qədir-Xum haqqında nə buyurub?


  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  

Əli ibn Əbutalibin (ə) xəlifə olduğu zamanda Qədir-Xum bayramı cümə gününə təsadüf edir və İmam (ə) bu gündə ətraflı bir xütbə oxuyur ki, onunla tanış olaq.

İstixəbər.info deyerler.org-a istinadən bildirir ki, İmam Əli (ə) bu xütbəsində adəti üzrə Allahı həmd və sitayiş etdikdən sonra, buyurur: “Allah bu gündə iki böyük bayramı bir zamanda qərar vermişdir. İki bayram ki, hər birinin fəlsəfəsi o birisini təkmil edir.

Allahın tövhidi qəbul olmaz, məgər Peyğəmbərin (s) risalətinə etiraf edilməzsə.

Muhəmmədin (s) dini qəbul olunmaz, məgər o kəsin vilayətini qəbul etməklə ki, Allah əmr etmişdir. Bütün bu işlər sahmana düşməz, məgər Əhli-Beytə (ə) təvəssül ilə.

Allah, Qədir-Xum günündə seçdiyi üçün iradə etdiyini Peyğəmbərinə (s) nazil etdi. Ona əmr verdi ki, vilayəti və vəsini elan etsin.

Qədir-Xum gününün məqamı böyükdür. Həmin gündə Allahın hüccəti hamıya tamam olmuşdur. Bu gün dinin təkmilləşdiyi və əhdə vəfa günüdür.

Qədir-Xum günü – Peyğəmbərin (s) və mənim günümdür. Şeytanın zəlil olduğu və bürhan günüdür. Onu inkar edənlərin sıralarının ayrıldığı gündür.

Allah bəndələrinin imtahan və hidayət günüdür. Qəlblərdə olan kinlərin aşkar olduğu gündür. Qədir-Xum – Şəys peyğəmbərin, İdris, Yuşa və Şəmunun günüdür.

Allahın rəhməti sizə olsun, ey müsəlmanlar! Bu böyük cəmiyyətdən geri qayıtdıqdan sonra bayram edin. Bu əməlləri yerinə yetirərək, bu günü böyük tutun:

– Ailənizə neməti artırın (yəni, onlar üçün hədiyyə alın), yaxşılıq və bəxşiş edin.

– Allaha sizə verdiyi nemətlərə görə şükür edin.

– Bir-birinizin ətrafınızda toplaşın ki, Allah sizin cəmiyyəti görsün.

– Bir-birinizi təbrik edin.

– Xoş üzlə bir-birinizi qucaqlayın.

– Bir-birinizi görən zaman əl verin və təbrik edin”.

Allah Təala bizləri Əli (ə) vilayətində qərar versin, inşəallah!

İstixəbər.info İnformasiya Portalı

loading...

TƏSİSÇİ: ƏLƏKBƏROV SƏNAN MƏMMƏD OĞLU. BAŞ REDAKTOR: RƏŞAD ORUC OĞLU AĞAŞİRİNOV - Saytın bütün hüquqlar qorunur. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir. ƏLAQƏ: +99455 233-73-39 +99470 2337339 EMAİL: istixeber.info@mail.ru ÜNVAN: YEVLAX ŞƏHƏRİ NİZAMİ PROSPEKTİ 26