Be. Dek 16th, 2019

FHN-nin əməkdaşları Sumqayıtda qəzaya düşdü

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  

Sumqayıtda bir neçə nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası olub.

İstixəbər.info saytının “Report”a istinadən məlumatına görə, şəhər ərazisində iki avtomobilin toqquşması nəticəsində 1-i qadın, 3-ü kişi olmaqla, 4 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Yaralılar – 1952-ci il təvəllüdlü Zahidova Reyhan Eldar qızı, 1990-cı il təvəllüdlü Yusufov Cavid Yusif oğlu, 1984-cü il təvəllüdlü Yaqubov Bağı Eldar oğlu, 1970-ci il təvəllüdlü Hacıyev İldırım Alişan oğludur. Yaralılar xəstəxanaya çatdırılıb.

Qeyd edək ki, xəsarət alanlardan 3-ü Fövqəladə Hallar Nazirliyinin əməkdaşlarıdır.

Faktla bağlı araşdırma aparılır.

İstixəbər.info İnformasiya Portalı