BIGtheme.net http://bigtheme.net/ecommerce/opencart OpenCart Templates

Qarpız tumları yemək kişilərə xeyirlidir – İntim gücü artırır


  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  

Qarpız tumları qarpızın özündən daha faydalı imiş.

Bu barədə ” Sağlam və idman qidalanması” diaqnostik mərkəzinin həkim-dietoloqu Yekaterina Burlyayeva məlumat verib:

” Qarpız tumlarında olan yüksək sink kişi orqanizmi üçün vacib olan testosteron hormononun sintezi üçün vacibdir. Ona görə gündəlik rasiona qarpız tumlarının daxil edilməsi çox vacibdir. 100 qr qarpız tumu gündəlik sink təminatını ödəmiş olur. Ürək-damar xəstəliklərindən əziyyət çəkənlər də qarpız tumu yesin, tərkibində kaliy və maqniy çoxdur”.

İstixəbər.info medicina.az-a istinadən bildirir ki, 100 qr tumda 60-90% gündəlik fosfor, marqans ehtiyatı var. B qrup vitaminlərinin bütün spektrini əhatə edir.
Amma unutmaq olmaz ki, tum çox kalorili qidadır. 100qramda 600-650 kk var. Ona görə onu 100 qr-dan çox qəbul etmək olmaz.

Qarpız tumlarını çiy halda və ya qovuraraq yemək olar. Onları dişlərlə çeynəyib uda da bilərsiz, blenderdə üyüdə də bilərsiz. Üyüdüb qatıq, yoqurt, sıyıqlara qata bilərsiz.

İndidən qışa qarpız tumları saxlamaq üçün onları qovurub, üyüdüb, şüşə qabda saxlamaq olar.

 İstixəbər.info İnformasiya Portalı

loading...
Bağla
SİZİN REKLAM
TƏSİSÇİ: ƏLƏKBƏROV SƏNAN MƏMMƏD OĞLU. BAŞ REDAKTOR: RƏŞAD ORUC OĞLU AĞAŞİRİNOV - Saytın bütün hüquqlar qorunur. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir. ƏLAQƏ: +99455 233-73-39 +99470 2337339 EMAİL: istixeber.info@mail.ru ÜNVAN: YEVLAX ŞƏHƏRİ NİZAMİ PROSPEKTİ 26