BIGtheme.net http://bigtheme.net/ecommerce/opencart OpenCart Templates

Xudat sakinlərinin şikayəti yerindəcə həllini tapdı – VİDEO


  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  

Xudat şəhər kanalzasiya xəttləri yenidən problem yaranıb.

İstixəbər.info xəbər verir ki, artıq bir neçə gündür Xudat şəhərində kanalzasiya xəttlərində problemlər yaranıb. Problem isə ondan ibarətdir ki, şəhərin bir neçə yerində kanalzasiya sularının küçələrə axıntısı müşahidə olunub. Bununla bağlı redaksiyamıza daxil olan müraciətdən sonra elə bu gün çəkiliş qrupumuz Xudat şəhərində olub. Çəkiliş qrupumuzla birlikdə Xudat şəhər Mənzil İstismar Sahəsinin rəisi Bəxtiyar Hüseynov və Xaçmaz rayon Su Kanalzasiya idarəsinin Xudat şəhər üzrə nümayəndəsi Rafiq bəylə yaxından tanış olduq.

Məsələ isə ondan ibarətdir ki, kanalzasiya xəttinə atılan zibil tullantıları müəyyən bir hissədə yığılaraq kanalzasiya xəttinin qarşısını tutub və müəyyən yerlərdən kanalzasiya sularının küçələrə axmasına səbəb olur. Onuda nəzərinizə çatdırmaq istəyirik ki, bir ay bundan öncə Xudat şəhərində kanalzasiya xəttində tıxac olduğundan Xudat şəhərinə Xaçmaz rayon İcra Hakimiyyətindən və Xudat şəhər xüsusi dövlət qurumlarının xahişindən sonra paytaxt Bakıdan xüsusi texnika gətilərək həmin problem aradan qaldırılmışdı.

Amma az müddət keçməsinə baxmayaraq kanalzasiya xəttlərində yenidən problemlər müşahidə olunub. Əsas məsələ isə ondan ibarətdir ki, kanalzasiya xəttlərində yaranan tıxacların həlli üçün aidiyyatı qurumlar məsələnin həllini tapmaq əvəzinə bir-birilərinin üzərinə atırlar.

İlk öncə Xaçmaz rayon Xudat şəhər İcra nümayəndəsi Akif Mərdanovla əlaqə saxladıq. Akif bəy bildirdi ki, keçən dəfədə belə bir problem müşahidə olunmuşdu və İcra Hakiyyətinin xahişi ilə paytaxt Bakıdan texnika gətirilərək problemi aradan qaldırdıq. Amma hal-hazırda baş verən problemlə bağlı aidiyyatı qurumlara müraciət etmişik, problem tez bir zamanda öz həllini tapacaq.

Xudat şəhərində kanalzasiya xəttlərinin bəzi yerlərində baş verən tıxacların aradan qaldırılması kimin səlahiyyətində olmasını bilmək üçün Xaçmaz rayon Su kanalzasiya idarəsinin rəisi Teyyub Sultanovla əlaqə saxladıq. Teyyub bəy bildirdi ki, həmin kanalzasiya sistemində olan hissələr bizim balansımızda deyil, həmin ərazi Xudat Mənzil İstismar Sahəsinin balansındadır. Yenədə həmin əraziyə bizim əməkdaşlar baxış keçirəcək, və bu günün sonuna kimi problem aradan qaldırılacaq. Onuda nəzərinizə çatdırmaq istəyirəm ki, Xudat şəhər kanalzasiya sistemi yaxın vaxtlarda yenidən qurulacaq.

Teyyub bəyin dediklərini dinlədikdən sonra, Xudat Mənzil İstismar sahəsinin rəisi Bəxtiyar Hüseynovdan münasibət öyrəndik. Bəxtiyar bəy isə qeyd etdi ki, problemin aradan qaldırılması ümümiyyətlə bizim səlahiyyətimizdə deyil. Amma bu problemin aradan qaldırılması qarşılıqlı iş çərçivəsində olmalıdır. Problem axşam saatlarına qədər tam aradan qaldırılacaq.

Çəkiliş qrupumuz elə orda olduğu zaman yuxarıda sadaladığımız aidiyyatı qurumların kollektivi tərəfindən məsələnin həlli üçün işə başlanıldı.

Aldığımız son məlumata görə artıq kanalzasiya xəttlərində yaranan tıxac aradan qaldırılıb.

İstixəbər.info İnformasiya Portalı Xudat 2018-ci il 

Baş redaktor: Rəşad Ağaşirinov

loading...
Bağla
SİZİN REKLAM
TƏSİSÇİ: ƏLƏKBƏROV SƏNAN MƏMMƏD OĞLU. BAŞ REDAKTOR: RƏŞAD ORUC OĞLU AĞAŞİRİNOV - Saytın bütün hüquqlar qorunur. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir. ƏLAQƏ: +99455 233-73-39 +99470 2337339 EMAİL: istixeber.info@mail.ru ÜNVAN: YEVLAX ŞƏHƏRİ NİZAMİ PROSPEKTİ 26