Bz. Dek 15th, 2019

Yeni şəxsiyyət vəsiqələrindəki “elektron imza” pulsuz aktivləşdiriləcək

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  

“Sentyabrın 1-dən etibarən Azərbaycan vətəndaşlarına veriləcək yeni nəsil biometrik şəxsiyyət vəsiqələrinin daxilində yerləşdirilən “elektron imza” pulsuz olacaq”.

Bu barədə İstixəbər.info saytına Məlumat Hesablama Mərkəzindən (MHM) bildiriblər.

Qurumun açıqlamasına görə, şəxsiyyət vəsiqəsi alan vətəndaş anket doldurduğu zamanı “elektron imza”nın aktivləşdirilməsini istəməlidir:

“Şəxsiyyət vəsiqəsi 10 illik, elektron imza isə 5 illik verilir. Bu müddət bitdikdən sonra vətəndaş müddəti uzatmaq üçün müraciət edə bilər”.

Qeyd edək ki, hazırda elektron “elektron imza” 3 il müddətinə verilir və bu müddət üçün birdəfəlik ödəniş 18 manatdır.

İstixəbər.info informasiya Portalı