BIGtheme.net http://bigtheme.net/ecommerce/opencart OpenCart Templates

Qızını zorlayıb öldürdü, anasının başını kəsdi — DƏHŞƏTLİ CİNAYƏTİN TƏFƏRRÜATLARI


  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  

Belə ki, 2011-ci ilin avqustun 17-də “Cıkma” ləqəbli Yaşar Bayramov Firuzə Əsgərovanın oğlu Oqtayı (kənddə Qiyas adı ilə çağırılıb) bıçaqlayıb.

İstixəbər.info xəbər verir ki, onun şikayəti əsasında ailənin qonşusu Yaşar Bayramov saxlanılıb. O, Qiyasın şikayəti ilə həbs edilərək azadlıqdan məhrum edilib.

Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 2012-ci ildə keçirlən iclaslarında Yaşar Bayramovun cinayət törətdiyi sübuta yetirilib. Məhkəmənin hökmü ilə o, 6 il müddətinə azadlıqdan məhrum edilib.
Cəzasını çəkən Yaşar Bayramov ötən il azadlığa çıxıb. Yaşar Bayramov Oqtay Əsgərovu öldürəcəyi ilə hədələyib. Amma o, azadlığa çıxdıqdan bir neçə gün sonra Oqtay vəfat edib.

Həbsdən azad olunan Yaşar Bayramov Cəlilabad rayonunda deyil, paytaxtda yaşamağa başlayıb. O, paytaxtda kirayədə yaşayıb və fəhləliklə məşğul olub.
Avqustun 29-da kəndə gələn Yaşar Bayramovun Firuzə Əskəgova ilə mübahisəsi yaranıb. Axşam saatlarında onların evinə yollanan Yaşar Bayramov Sənubər Əsgərovaya təcavüz edib. Daha sonra onu boğaraq öldürüb.

Evdən çıxan Yaşar Bayramov həyətdə Firuzə Əsgərovanın başını kəsib.
Ana və qızın meyitini tövləyə aparan Yaşar Bayramov meyitləri orada basdırıb və hadisə yerini tərk edib.
Məlumata görə, ana və qızı həmin evdə tək yaşayırmış, qətlə yetirilən Firuzənin oğlu Oqtay (kənddə Qiyas adı ilə çağırılıb) bir neçə il əvvəl xəstəlikdən vəfat edib. Qızı Sənubər isə ailə həyatı qurmayıb.

Kənddə yaşayan sakinlərdən birinin verdiyi məlumata görə, 1932-ci il təvəllüdlü Əsəgərova Firuzə Mahmud qızı və qızı 1974-cü il təvəllüdlü Əsgərova Sənubər Ağahüseyn qızı ağır xəstə olduqları üçün kənd camaatı ilə çox ünsiyyətdə olmayıblar:

“Hadisə dünən olub. Elə yaşdıqları evdə hər ikisini öldürüblər. Anasının başı kəsilib, tövləyə atılıb. Qızı isə evdə boğublar. Boğazında kəndir izləri olub. Qız özü xəstəliyinə görə birinci qrup əlil idi. Ailənin elə çox imkanı da olmayıb ki, pula görə öldürsünlər. Normal dolanırdılar. Evlərinə çox gələn-gedən də olmazdı. Elə bu gün səhər saatlarında camaat ətrafa yayılan iydən şikayət edib. Aidiyyəti orqanlar hadisə yerinə gələndə məlum olub ki, cinayət olub”.
Amma yerdə qan izlərinin olması cinayətin qısa zamanda açılmasına səbəb olub.

Saxlanılan Yaşar Bayramov həbs edilib Cəlilabad rayon Prokurorluğuna gətirilib və ifadəsi alınır.
Faktla bağlı Cəlilabad rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.7-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.
Rayonda taksi sürücüsü kimi çalışan Kazımov Razim Füzuli oğlunun da bu cinayətlə əlaqəsi olduğu bildirilir. Hazırda o, rayon prokurorluğunda ifadə verir./Ölkə.az

İstixəbər.info İnformasiya Portalı

loading...