BIGtheme.net http://bigtheme.net/ecommerce/opencart OpenCart Templates

Min bir dərdin dərmanı ŞAFTALI — Haqqında bilirsinizmi?


  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  

Yay aylarının ən ləzzətli meyvələrindən biri də şaftalıdır.

İstixəbər.info xəbər verir ki, tərkibində müxtəlif vitamin və minerallar olan şaftalı çox faydalıdır. Şaftalının tərkibində antioksidant var və bir sıra xərçəng növünə qarşı orqanizmi qoruyur. Potasium və maqnezium isə hamilə qadınlar üçün faydalıdır.


Şaftalının tərkibindəki C vitamini ana bətnində olan körpənin sümük, diş, dəri, əzələ və qan damarlarının sağlam böyüməsini təmin edir.
Dünyada ən geniş yayılan ağ ciyər xərçəngi, döş xərçəngi kimi bədxassəli şişlərin qarşısını alan antioksidantlar şaftalının tərkibində var. Bundan başqa xərçəng xəstələrinin müalicə dövründə də müsbət təsir edir.


Şaftalının tərkibindəki zəngin liflər bağırsaqlara faydalıdır. Qəbz olan insanlara kömək edir. Böyrək qumu və böyrək daşının düşməsinə də səbəb olur.
Bu meyvənin tərkibində A, C, E, K, B1, B2, B3, B6 vitaminləri, folat, pantotenik turşu, kalsium, potasium, maqnezium, dəmir, fosfor, sink, alüminium və digər faydalı maddələr var.


Şaftalının tərkibindəki maqnezium sinir sisteminə faydalıdır, depresiyanın təsirlərini ortadan qaldırır. A və C vitaminləri isə göz üçün çox faydalıdır.
Böyrək xəstələri isə gündə 1-2 ədəddən çox şaftalı yeməməlidirlər./Ölkə.az

İstixəbər.info İnformasiya Portalı

loading...
Bağla
SİZİN REKLAM
TƏSİSÇİ: ƏLƏKBƏROV SƏNAN MƏMMƏD OĞLU. BAŞ REDAKTOR: RƏŞAD ORUC OĞLU AĞAŞİRİNOV - Saytın bütün hüquqlar qorunur. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir. ƏLAQƏ: +99455 233-73-39 +99470 2337339 EMAİL: istixeber.info@mail.ru ÜNVAN: YEVLAX ŞƏHƏRİ NİZAMİ PROSPEKTİ 26