BIGtheme.net http://bigtheme.net/ecommerce/opencart OpenCart Templates

Bakıya gələn sərnişin mikroavtobusu “Opel”lə toqquşdu, xəsarət alanlar var


  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  

Oğuz rayonunda yol qəzası baş verib.

İstixəbər.info xəbər verir ki, hadisə bu gün axşam saatlarında İsmayıllı-Qaraməryəm-Şəki magistral yolunun Oğuz rayonunun Bayan kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, Qax şəhər sakini, 1981-ci il təvəllüdlü Fərhad Bəhram oğlu Bilalov idarə etdiyi 90-MG-934 dövlət qeydiyyat nişanlı “Mercedes Vito” markalı mikroavtobusla Qaxdan Bakı istiqamətində hərəkətdə olarkən qarşıdan gələn Bakı şəhər sakini sakini, 1987-ci il təvəllüdlü Tural Aqif oğlu Ağayevin idarə etdiyi 99-DC-875 dövlət qeydiyyat nişanlı “Opel Vectra” markalı minik avtomobili ilə toqquşub.

Qəza nəticəsində T.Ağayev və mikroavtobusun sərnişinləri, Qax rayon sakinləri – 1976-cı il təvəllüdlü Nəcabət Bayram qızı Yusifova və onun oğlu, 2003-cü il təvəllüdlü Elman Yusif oğlu Yusifov aldıqları ağır bədən xəsarətləri ilə Şəki Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.

Mikroavtobusda olan digər sərnişinlər – Bakı şəhər sakini, 1976-cı il təvəllüdlü Vəfa Sabir qızı Əfəndiyeva, Qax rayon Ləkit kənd sakini, 1993-cü il təvəllüdlü Beycət Xalid qızı Yusifli, Bakı şəhər sakini, 1961-ci il təvəllüdlü Şəfiqə Çərkəz qızı Cəfərova, İmişli rayon sakini, 1991-ci il təvəllüdlü Vəfa Bəxtiyar qızı Ağayeva və onun bacısı, 2000-ci il təvəllüdlü Jalə Bəxtiyar qızı Ağayeva Oğuz Rayon Mərkəzi Xəstəxanasına aparılıblar.

Faktla bağlı araşdırma aparılır.\\Report

İstixəbər.info İnformasiya Portalı

loading...
Bağla
SİZİN REKLAM
TƏSİSÇİ: ƏLƏKBƏROV SƏNAN MƏMMƏD OĞLU. BAŞ REDAKTOR: RƏŞAD ORUC OĞLU AĞAŞİRİNOV - Saytın bütün hüquqlar qorunur. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir. ƏLAQƏ: +99455 233-73-39 +99470 2337339 EMAİL: istixeber.info@mail.ru ÜNVAN: YEVLAX ŞƏHƏRİ NİZAMİ PROSPEKTİ 26