BIGtheme.net http://bigtheme.net/ecommerce/opencart OpenCart Templates

Xətai rayonunda inzibati bina yanıb


  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  

Bakı şəhərinin Xətai rayonunda inzibati bina yanıb.

İstixəbər.info FHN-nin məlumatına istinadən xəbər verir ki, ümumi sahəsi 250 m² olan inzibati binanın yanar konstruksiyaları 60 m² sahədə yanıb.

Yanğın zamanı binanın divarı yaxınlıqda yerləşən ümumi sahəsi 40 m² olan birmərtəbəli 3 otaqlı evin damının üzərinə düşüb və nəticədə evin 1 otağının damı və tavanı zədələnib.

Yaxınlıqdakı evlər və tikililər yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.

İstixəbər.info İnformasiya Portalı

loading...