BIGtheme.net http://bigtheme.net/ecommerce/opencart OpenCart Templates

Xaçmazda kimsəsiz qalan insan – “Kimsəsizlər evinə sığınmaq istəyirəm”


  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  

Xaçmaz rayon sakini kimsəsizlər evinə yerləşmək istəyir.

27.08.2018-ci il tarixdə Xaçmaz rayon Susay Qışlaq kənd sakinləri tərəfindən redaksiyamıza müraciət daxil olub. Müraciət əsasında çəkiliş qrupumuz həmin kənddə olub.

Kənd sakinlərinin müraciəti nədən ibarətdir?

Babayev Cavanşir Gülbaba oğlu

Belə ki, həmin kənd sakini Babayev Cavanşir Gülbaba oğlu həmin kənddə yaşayır. Ona heç bir qohumu tərəfindən baxılmır, kimsəsiz kimi qalır, dolanışıq vəziyyəti çox acınacaqlıdır və səhhəti heçdə ürək açan deyil. Ona görə də, Azərbaycan Respublikasının vətəndaşı kimi dövlət qurumlarından qocalar və ya kimsəsizlər evinə yerləşdirilməsi üçün köməklik edilməsini istəyirlər.

Babayev Cavanşirlə söhbətimiz zamanı aydın oldu ki, kənd sakinlərinin dediklərində həqiqət var. Ona heç bir qohum əqrabası köməklik etmir. O, isə kimsələrdən köməklik ummur. Yalnız bir istəyi var-qocalar və ya kimsəsizlər evinə yerləşmək.

Babayev Cavanşirə belə bir köməklik etmək mümkündürmü?

Şahbazov Mirzə Əhməd oğlu

Sualımızı Xaçmaz rayon Susay Qışlaq kəndinin inzibati ərazi vahidliyinin icra nümayəndəsi Şahbazov Mirzə Əhməd oğluna ünvaladıq.

“Babayev Cavanşir Gülbaba oğluna kənd sakinləri ilə yanaşı şəxsən mən özümdə dəfələrlə köməklik etmişəm. Ona bəzi kənd sakinləri yeməyinə, içməyinə köməklik ediblər.  Dəfələrlə vətəndaşa bildirmişik ki, sizi qocalar və ya kimsəsizlər evinə yerləşdirək. Lakin vətəndaş bu müraciətimizi qəbul etməyib. İndi isə öz razılığı və kənd sakinlərinin xahişi dövlət qurumlarından Sizin vasitənizlə  onu kimsəsizlər evinə yerləşdirilməsini xahiş edir. Biz kəndin icra nümayəndəsi olaraq kənd sakinlərinin bütün problemlərini daima nəzarətdə saxladığımız kimi, Babayev Cavanşir üçündə əlimizdən nə gəlirsə köməklik etməyə hazırıq”– deyə icra nümayəndəsi bildirdi.

Bizdə İstixəbər.info olaraq aidiyyatı qrumlardan vətəndaşı kimsəsizlər evinə yerləşdirilməsi üçün köməklik göstərmələrini xahiş edirik.

Mövzuya qayıdacağıq…

İstixəbər.info İnformasiya Portalı Xaçmaz 2018-ci il

Baş redaktor: Rəşad Ağaşirinov

loading...
Bağla
SİZİN REKLAM
TƏSİSÇİ: ƏLƏKBƏROV SƏNAN MƏMMƏD OĞLU. BAŞ REDAKTOR: RƏŞAD ORUC OĞLU AĞAŞİRİNOV - Saytın bütün hüquqlar qorunur. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir. ƏLAQƏ: +99455 233-73-39 +99470 2337339 EMAİL: istixeber.info@mail.ru ÜNVAN: YEVLAX ŞƏHƏRİ NİZAMİ PROSPEKTİ 26