BIGtheme.net http://bigtheme.net/ecommerce/opencart OpenCart Templates

Yeni tədris ili üçün 6 milyondan artıq dərslik çap edilib


  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
2018-2019-cu tədris ilinə dövlət ümumtəhsil müəssisələrinin I-XI sinifləri üçün 332 adda 6 726 029 nüsxə dərslik və müəllimlər üçün metodik vəsait çap edilib.

Təhsil Nazirliyindən İstixəbər.info saytına verilən məlumata görə, şagirdlər dərslikləri sentyabrın 3-dən etibarən təhsil aldıqları məktəbdən əldə edə bilərlər.

Nazirlikdən bildirilib ki, dərsliklərlə təmin olunmadıqda isə bu barədə məktəb rəhbərliyinə vaxtında məlumat verilməlidir.

Dərsliklər hər şagirdə 1 tədris ilində istifadə edilmək üçün verilir. Hər dərsliyin istifadə müddəti onun buraxılış ilindən etibarən 4 ildir.

Dərsliklərin elektron variantları www.e-derslik.edu.az və www.trims.edu.az saytlarında müxtəlif formatlarda mövcuddur.

İstixəbər.info İnformasiya Portalı

loading...