BIGtheme.net http://bigtheme.net/ecommerce/opencart OpenCart Templates

Sayqanın atasının məzarına boya töküb, rənglədilər – FOTO


  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  

Tanınmış prodüser və aparıcı Sayqa Cahidin atasının məzarına hörmətsizlik olub.

İstixəbər.info xəbər verir ki, onun valideyninin məzarının üstü rənglənib.

Belə ki, məzarın sinə daşının üstü və qəbrin kimə aid olduğunu bildirən ad, soyad və digər məlumatların yazıldığı hissə ağ rənglə boyanıb.

Bu barədə prodüser “Instagram” səhifəsində məlumat yayıb.

“Bu hərəkət şərəfsizlikdi və bu gün mənim doğmamım qəbrinə belə bir hörmətsizlik, təhqir olunubsa, sabah başqasının başına da gələ bilər”, – deyə Sayqa yazıb.

O, daha sonra məzarın boyanmasının səbəbkarının qəbiristanlığın işçiləri olmasını bildirib:

“Qəbiristanlıqdakı nəzarətsizlik, çox sayda azyaşlı uşaqların işləməyi, avaralanmağı və s. Günah orada çalışanlardadı. Dünən orada biri dedi ki, aylıq pul versəniz, belə şey olmaz. Aylıq isə 25-30 manatdır. Bəlkə də səbəb budur.

Sinə daşını rəngləyiblər. Heç qohumlarımın çoxu bilmir məzarın yeri haradadı. Bu, düşmənçilik filan deyil. Oranın işçilərinin işidi. Çoxlarının qəbirləri belə təhqir olunur, susurlar. Atam ilyarımdı rəhmətə gedib. 80 yaşı olacaqdı. Edən heç o yaşın yarısını görməsin”.

Qeyd edək ki, Sayqa Cahidin atası Binəqədi qəbiristanlığında dəfn edilib./minval.info

İstixəbər.info İnformasiya Portalı

loading...
Bağla
SİZİN REKLAM
TƏSİSÇİ: ƏLƏKBƏROV SƏNAN MƏMMƏD OĞLU. BAŞ REDAKTOR: RƏŞAD ORUC OĞLU AĞAŞİRİNOV - Saytın bütün hüquqlar qorunur. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir. ƏLAQƏ: +99455 233-73-39 +99470 2337339 EMAİL: istixeber.info@mail.ru ÜNVAN: YEVLAX ŞƏHƏRİ NİZAMİ PROSPEKTİ 26