BIGtheme.net http://bigtheme.net/ecommerce/opencart OpenCart Templates

Prezident İlham Əliyev yeni yolun açılışında iştirak edib


  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  

Avqustun 25-də Azərbaycan Prezidenti İlham Əliyev İsmayıllı rayonuna səfəri çərçivəsində Qaraməryəm-İsmayıllı-Şəki yolunun 5-ci kilometrliyindən ayrılan Kürdmaşı-Kəlbənd-Girk avtomobil yolunun yenidənqurma və bərpadan sonra açılışında iştirak edib.

İstixəbər.info xəbər verir ki, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov yeni yol barədə Prezident İlham Əliyevə məlumat verib.

Bildirilib ki, dövlət başçısının bu il imzaladığı Sərəncama əsasən, 1000 nəfər əhalinin yaşadığı iki yaşayış məntəqəsini birləşdirən Qaraməryəm-İsmayıllı-Şəki yolunun 5-ci kilometrliyindən ayrılan Kürdmaşı-Kəlbənd-Girk avtomobil yolunun tikintisinə dövlət büdcəsinin investisiya xərclərindən Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə vəsait ayrılıb. Uzunluğu 14 kilometr olan yol dördüncü texniki dərəcəlidir. Hərəkət hissəsinin eni 6 metr olan yol iki hərəkət zolaqlıdır. Yol boyu suötürücü borular, siqnal dirəkləri, yol nişanları və göstərici lövhələr quraşdırılıb, yol cizgi xətləri çəkilib, biraşırımlı körpü tikilib.

Prezident İlham Əliyev yeni yolun rəmzi açılışını bildirən lenti kəsib.

İstixəbər.info İnformasiya Portalı

loading...