BIGtheme.net http://bigtheme.net/ecommerce/opencart OpenCart Templates

Daily Archives: 02/12/2019

Bakıda maşın sahibinin gözü önündə yandı – FOTO+VİDEO

Avtomobil sahibinin gözü qarşısında yandı İstixeber.info xəbər verir ki, hadisə bu gün axşam saatlarında Bakıda “Şamaxinka” adlanan ərazisində baş verib. Beləki, Mersedes markalı avtomobil qəfildən yanmağa başlayıb. Hadisə şahidlərinin sözlərinə görə, xəsarət alan olmasada avtomobilə ciddi ziyan dəyib. Hadisə yerinə FHN-nin BDYPİ-nin və Təcili yardım brigadasının əməkdaşları cəlb olunub. Hadisənin baş vermə səbəbləri araşdırılır. İstixeber.info.az Bakı Rəşad Ağaşirinov

Read More »

Milli Məclisin buraxılması ilə bağlı Prezidentə müraciət OLUNDU – MƏTN

Milli Məclisin iclasında parlamentin buraxılması ilə bağlı qərar layihəsi oxunub. Qərarda parlamentin buraxılması və növbədənkənar seçkilərin təyin edilməsi üçün Azərbaycan Prezidentinə müraciət edilib. İstixeber.info xəbər verir ki, parlamentin vitse-spikeri Bahar Muradova “Azərbaycan Respublikası Milli Məclisinin buraxılması və növbədənkənar seçkilərin təyin edilməsi haqqında Azərbaycan Respublikasının Prezidentinə müraciət edilməsi barədə” qərar layihəsini oxuyub. Qərar layihəsində qeyd edilib ki, Azərbaycan Respublikasında həyata keçirilən köklü islahatlar son ...

Read More »

“OBA” marketdən alınan şokaladın içindən qurd çıxdı, uşaq zəhərləndi – VİDEO

OBA mareketdən alınan şokoladın içindən qurd çıxıb. İstixeber.info xəbər verir ki, hadisə dünən baş verib. Marketin Lökbatan filialından alış-veriş edən müştərinin dediyinə görə 4 yaşlı övladı bu şokoladdan yediyinə görə zəhərlənib. 4 saylı xəstəxanaya aparılıb. Müayinə olunaraq ev şəraitində müalicə yazılıb. Daha sonra müştəri marketə gələrək yerində həmin məhsulu bir-bir açıb video çəkiliş edib. Həmin görüntüləri sizə təqdim edirik:  İstixeber.info

Read More »

Pərvin Abıyeva keçmiş polis sevgilisini məsxərəyə qoydu – FOTO

Məşhur aktrisa Pərvin Abıyeva 26 yaşlı polis sevgilisi Murad Abdullayevlə bağlı paylaşımı ilə diqqətləri öz üzərinə çəkib.  İstixeber.info xəbər verir ki, aktrisa “İnstagram” hesabının “Hekayə” bölməsində Muradla birgə yer alan xəbərin “screen” foto variantını yayımlayıb. Xəbərin başlığında Murad tərəfindən söylənilən “çox peşmanam” sözlərini Pərvin ələ salıb. Aktrisa “ay, necə olacaq görəsən?” şərhi ilə qarşı tərəfi məsxərəyə qoyub. Hətta paylaşımına gülmək ...

Read More »

Gələn ildən internetin qiyməti qalxır? – RƏSMİ AÇIQLAMA

Azərbaycanda internetin qiymətinin artması ilə bağlı bəzi mətbuat səhifələrində məlumatlar yayılıb. İddialara görə, gələn il internetin qiyməti qalxacaq. İstixeber.info xəbər verir ki, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin mətbuat xidmətinin mətbuat katibi Günel Gözəlova qiymətlərdə dəyişiklik olmadığını bildirib: “Hazırda bununla bağlı hər hansı yenilik, dəyişiklik yoxdur. Müvafiq instansiyalar gələn il aidiyyatı üzrə hər hansı təkliflə çıxış etsə, hər halda məsələyə ...

Read More »

Müəllimlə şagird əlbəyaxa davaya çıxdı – VİDEO

Dərsə gecikmiş şagirdlə, müəllim əlbəyaxa davaya çıxıb. İstixeber.info Yeniavaz.com-a istinadən xəbər verir ki, hadisə Rusiyanın Belqorod şəhərində bir məktəbdə informatika dərsi zamanı baş verib. Dərsə gecikən şagird müəllimin iradından sonra onu təhqir edib. Bundan sonra müəllim şagirdə yaxınlaşaraq onu zorla çıxarmaq istəyib. Buna etiraz edən şagird müəllimlə əlbəyaxa davaya çıxıblar. Baş verən hadisəni sinifdə olan digər bir şagird mobil telefon ...

Read More »

Sürücülərə ŞAD XƏBƏR! Etibarnamələrin elektron qaydada verilməsinə başlanıldı

“myGov” platforması üzərindən məkandan asılı olmayaraq həftənin bütün günləri 24 saat ərzində, notariat ofisinə müraciət etmədən nəqliyyat vasitələrinin idarəolunmasına dair etibarnamələrin elektron rəsmiləşdirilməsi imkanı yaradılıb. İstixeber.info-nun məlumatına görə, “ASAN xidmət”dən verilən məlumata görə, bu Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində olan Elektron Hökumətin İnkişafı Mərkəzi və Ədliyyə Nazirliyinin əməkdaşlığı nəticəsində reallaşdırılıb. Vətəndaşlar “myGov” ...

Read More »

“Ölkənin demokratik inkişafına mane olmaq mümkün deyil!” – Siyavuş Novruzov

Yeni Azərbaycan Partiyasının icra katibinin müavini, deputat Siyavuş Novruzov parlamentin buraxılması haqda qərara müxalifətin verdiyi reaksiyaya münasibət bildirib. İstixeber.info-nun məlumatına görə, S.Novruzov bildirib ki, təkmil və mütərəqqi siyasi sistemə malik olan ölkələrdə, demokratik dəyərləri mənimsəmiş cəmiyyətlərdə islahatlar konsepsiyasının tərkib hissəsi kimi parlamentin buraxılması və növbədənkənar parlament seçkilərinin keçirilməsi ənənəsi mövcuddur. Deputat buna misal olaraq müxtəlif illərdə Böyük Britaniya, Ukrayna, İtaliya, ...

Read More »

Siyəzəndə narkotik satan şəxsi polis saxladı – FOTO

Daxili işlər orqanları tərəfindən narkotik maddələrin dövriyyəsi və satışı ilə məşğul olan şəxslərin ifşa olunaraq məsuliyyətə cəlb olunması istiqamətində uğurlu əməliyyat-axtarış tədbirləri davam etdirilir. DİN Mətbuat Xidmətinin Quba regional qrupundan İstixeber.info-ya verilən məlumata görə, Siyəzən Rayon Polis Şöbəsi əməkdaşlarının tərəfindən keçirilən uğurlu əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisində narkotik maddələrin dövriyyəsi və satışı ilə məşğul olmaqda şübhəli bilinən rayon sakini, əvvəllər ...

Read More »

Azərbaycanda bu maşınların qiyməti kəskin artacaq – Ekspertdən XƏBƏRDARLIQ

Gömrük Komitəsinin yaydığı məlumata gör, ölkəyə idxal olunan istehsal tarixi 7 ildən yuxarı avtomobillərə yüksək rüsum qoyulacaq. Artıq bununla bağlı hökumətə müraciət edilib. İrəli sürülən təklifin ekologiyanın təmiz saxlanmasına xidmət edəcəyi qeyd olunur. Bundan əlavə, xarici dövlətlərdə qeydiyyatda olan maşınların da Azərbaycanda 90 gündən artıq sürülməsinə məhdudiyyətlər qoyulub. Bəs görək, yeniliklər ölkənin avtomobil bazarına necə təsir edəcək? İstixeber.info xəbər verir ...

Read More »