BIGtheme.net http://bigtheme.net/ecommerce/opencart OpenCart Templates

Monthly Archives: Noyabr 2019

Halı pisləşən sürücüyə polislər yardım etdi

Polislər yardım etdi DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupundan İstixeber.info-ya verilən məlumata görə, noyabrın 29-da səhər saatlarında Gədəbəy rayon ərazisində xidmət aparan Gədəbəy RPŞ-nin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları bir nəfər sakinin huşunu itirərək yol kənaranına yıxılmasını görüblər. Polis əməkdaşları dərhal sakinə ilkin tibbi yardım göstərdikdən sonra onu rayon mərkəzi xəstəxanasına aparıblar. Xəstəxanada məlum olub ki, rayon sakini Tural Əsgərov ...

Read More »

Yevlaxda təbliğat-təşviqat kampaniyasına start verilib – FOTO

Bu gündən 23 dekabr 2019-cu ildə keçiriləcək bələdiyyə seçkilərində təbliğat-təşviqat kampaniyasına start verilib. İstixeber.info xəbər verir ki, Respublikanın hər bir bölgəsində olduğu kimi YAP Yevlax Rayon Təşkilatı 23 dekabr 2019-cu ildə keçiriləcək bələdiyyə seçkilərində təbliğat-təşviqat kampaniyasına start verib. İstixeber.info

Read More »

Bakı-Sumqayıt yolundakı dəhşətli qəzada ölənlər maşından belə çıxarıldı – ÜRƏYİ ZƏİF OLANLAR BAXMASIN

Dünən Bakı-Sumqayıt yolunda iki nəfərin ölümü ilə nəticələnən qəzanın detalları məlum olub. İstixeber.info xəbər verir ki, saat 15:50 radələrində 1993-cü il təvəllüdlü Ağarza Ağayev idarə etdiyi “Khazar SD” markalı 90 PZ 116 nömrəli avtomobillə Qubaya gedərkən qarşısında gedən 1984-cü il təvəllüdlü Elman Rzayevin idarə etdiyi “Mercedes Benz-190” markalı 10 MR 766 nömrəli maşını arxadna vurub. Toqquşma nəticəsində A.Ağayevin maşını idarəetməni ...

Read More »

Həkimlər niyə AĞ RƏNGDƏ GEYİNİRLƏR?

Müasir tibb müəssisələrində mavi və yaşıl rəngli xalatlar getdikcə daha çox görünsə də, ağ xalatlar həkimlər üçün hər zaman əvəzedilməz qalacaq. İstixeber.info xəbər verir ki, dünya həkimlərinin səksən faizi ağ xalat geyinir. On doqquzuncu əsrin ortalarına qədər həkimlərin xüsusi forması olmayıb. Qədim zamanlarda həkimləri üzdən tanıyırdılar. Ona görə də geyimin onlar üçün heç bir əhəmiyyəti olmurdu. Tibb işçilərinin ağ xalat ...

Read More »

Dekabr ayında neçə gün iş olmayacaq?

Dekabr ayının qeyri-iş günləri məlum olub.  İstixeber.info xəbər verir ki, Azərbaycanda bələdiyyə seçkilərinə görə Seçki Məcəlləsinin 8.2-ci maddəsinə əsasən, dekabrın 23-ü ölkədə qeyri-iş günüdür. 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi günü də iş günü hesab edilmir. İstixeber.info

Read More »

Bakıda bu şadlıq sarayı fahişəxana çıxdı – GİZLİN ÇƏKİLİŞ – VİDEO

Bakının Binəqədi rayonunda əxlaqsızlıq yuvası fəaliyyət göstərir. İstixeber.info Baku.ws-ə istinadən xəbər verir ki, paytaxt sakinlərinin sözlərinə görə, Biləcəri yolunda “Sevgi palace” adlı şadlıq sarayının yanında masaj salonu var. Bu şadlıq sarayında toy və nişan mərasimləri keçirilir. Ətrafda isə yaşayış məntəqələri var. Əhali dəfələrlə şikayət etsələr də, fahişəxana rəhbərliyilə bacaran olmayıb. Vaxtı ilə “Dalğa” adlanan bu məkan bir neçə dəfə bağlansa ...

Read More »

“Əli Həsənov dövlətinə, öz rəhbərinə, əqidəsinə, tutduğu yola sadiqdir” – Əflatun Amaşov

“Ölkə Prezidentinin qəbul etdiyi qərar müzakirə olunmazdır, mütləqdir. Ən doğruları bilən, hər kəsin əməyini ən doğru şəkildə qiymətləndirən odur”. İstixeber.info xəbər verir ki, bunu Milli Məclisin deputatı, Mətbuat Şurasının sədri Əflatun Amaşov Prezidentin ictimai-siyasi məsələlər üzrə köməkçisi-şöbə müdiri vəzifəsindən azad edilən Əli Həsənovla bağlı açıqlamasında bildirib. “İnsan fərqi yoxdur, harada olur-olsun, hansı sahədə çalışır-çalışsın, əsas olan onun dövlətinə, öz rəhbərinə, ...

Read More »

Gəncədə “Məişət zəminində baş verən zorakılıqlara susmayaq” adlı tədbir keçirilib – FOTO

Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi və “Dünya Ana və Uşaqlar” İctimai Birliyinin təşkilatçılığı ilə Gəncə Dövlət Regional Kollecində “Məişət zəminində baş verən zorakılıqlara susmayaq” adlı layihəsi çərçivəsində tədbir keçirilmişdir. İstixeber.info xəbər verir ki, tədbirdə 200-dən çox müəllim və tələbələr iştirak etmişdir. Tədbiri giriş sözü ilə açan Gəncə Dövlət Regional Kollecinin rəhbərliyi məişət zorakılığının geniş ...

Read More »

Bu gündən seçkiqabağı təşviqat kampaniyasına başlanılır

Bu gündən dekabrın 23-də keçiriləcək bələdiyyə seçkilərində qeydə alınmış namizədlər, namizədi qeydə alınmış siyasi partiyalar, siyasi partiyaların blokları, vəkil edilmiş şəxslər, səlahiyyətli nümayəndələr tərəfindən seçkiqabağı təşviqat başlanılır. İstixeber.info xəbər verir ki, “Azərbaycan Respublikasında bələdiyyə seçkilərinin hazırlanıb keçirilməsi üzrə əsas hərəkət və tədbirlərin təqvim planı”na əsasən, seçkiqabağı təşviqatın aparılması üçün müddət səsvermə gününə 23 gün qalmış başlanır və səsvermənin başlanmasına 24 saat ...

Read More »

Cəbhədə vəziyyət gərgin olaraq qalır – MN

Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində snayper tüfənglərindən də istifadə etməklə sutka ərzində atəşkəs rejimini 20 dəfə pozub. Müdafiə Nazirliyinin mətbuat xidmətindən İstixeber.info-ya verilən məlumata görə, Ermənistanın Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonunun Zamanlı kəndində və adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub. Tərtər rayonunun işğal altında olan Göyarx, Ağdam rayonunun Tağıbəyli, Şıxlar, Mərzili, Füzuli rayonunun Aşağı ...

Read More »