BIGtheme.net http://bigtheme.net/ecommerce/opencart OpenCart Templates

İdman

BATE – “QARABAĞ” OYUNUNUN HAKİMLƏRİ MÜƏYYƏNLƏŞİB

Çempionlar Liqasının III təsnifat mərhələsinin cavab oyununda keçiriləcək BATE – “Qarabağ” matçının hakimləri müəyyənləşib.  İstixəbər.info xəbər verir ki, qarşılaşmanı latviyalı hakimlər briqadası idarə edəcək. Oyunun baş hakimi Andris Treymanis olacaq. Ona yan xətt hakimləri Haralds Qudermanis və Alekseys Spasjonnikovs köməklik göstərəcək. Dörüdüncü hakim funksiyasını isə Aleksandrs Qolubevs yerinə yetirəcək. Qeyd edək ki, BATE – “Qarabağ” matçı avqustun 14-ü “Borisov Arena”da ...

Read More »

“Qarabağ” komandasının oyunu təxirə salınıb

Ölkəmizi Çempionlar Liqasında təmsil edən “Qarabağ” klubu Peşəkar Futbol Liqasına müraciət edib. PFL-dən İstixəbər.info saytına verilən məlumata görə, “Qarabağ” III təsnifat mərhələsinin BATE ilə keçiriləcək cavab oyununa daha yaxşı hazırlaşmaq üçün Topaz Premyer Liqasının 2018/2019-cu illər mövsümünün I turunda keçirilməli olan “Zirə” ilə görüşün təxirə salınmasını xahiş edib. “Qarabağ”ın qitənin ən nüfuzlu klub turnirində çıxışını nəzərə alan Peşəkar Futbol Liqası ...

Read More »

AVROPA LİQASINDA MÖVSÜMÜN ƏN YAXŞI FUTBOLÇUSU ADINA NAMİZƏDLƏR AÇIQLANIB

UEFA Avropa Liqasında 2017/2018 mövsümünün ən yaxşı futbolçusu adına namizədlər açıqlanıb. İstixəbər.info qurumun saytına istinadən xəbər verir ki, yekun siyahıya 3 oyunçunun adı daxil edilib. Bunlar Fransanın “Marsel” klubunun yarımmüdafiəçisi Dmitri Payet və İspaniya “Atletiko”sunun üzvləri – hücumçu Antuan Qrizmannla müdafiəçi Dieqo Qodindir. Qeyd edək ki, qalib avqustun 31-də Avropa Liqasının qrup mərhələsinin püşkatma mərasimində elan olunacaq. İstixəbər.info İnformasiya Portalı

Read More »

Türkiyə prezidenti Ramil Quliyevi təbrik etdi

Xəbər verdiyimiz kimi, Almaniyanın paytaxtı Berlində keçirilən atletika üzrə Avropa çempionatında Türkiyə adından çıxış edən azərbaycanlı idmançı Ramil Quliyev 200 metrə qaçışda qitənin ən güclüsü olub. İstixəbər.info xəbər verir ki, bu qələbə Türkiyə prezidenti Rəcəp Tayyip Ərdoğanın diqqət mərkəzindən qaçmayıb. O, telefonla Ramilə zəng edərək onu təbrik edib. Qeyd edək ki, Ramil Quliyev 19,76 saniyə nəticəsi ilə Avropa çempionatının və Türkiyənin ...

Read More »

RAMİL QULİYEV ATLETİKA ÜZRƏ AVROPA ÇEMPİONU OLUB

Türkiyə millisinin əslən Azərbaycanlı sprinteri Ramil Quliyev Almaniyanın paytaxtı Berlində keçirilən atletika üzrə Avropa çempionatında qızıl medal qazanıb. İstixəbər.info saytının məlumatına görə, 28 yaşlı idmançı 200 metr məsafəyə qaçışda bütün rəqiblərini qabaqlayıb. O, finalda finişə 19,76 saniyəyə çatıb. Ramil Quliyev ötən il Böyük Britaniyanın paytaxtı Londonda eyni məsafəyə qaçışda dünya çempionu olub. İstixəbər.info İnformasiya Portalı

Read More »

“Çalışırdılar ki, bizə çətinlik yaratsınlar” — Qurban Qurbanov

“Məğlub olmaq istəməzdik. Amma hələ ilk hissə bitib. Qarşıda 90 dəqiqəmiz var. Ola bilsin, başlanğıcda həyəcan vardı. Fasilədən sonra daha yaxşı oynamağa başladıq. Qarşıda daha maraqlı 90 dəqiqə var”. İstixəbər.info xəbər verir ki, bunu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov UEFA Çempionlar Liqasının III təsnifat mərhələsində Belarusun BATE komandasına 0:1 hesabı ilə uduzduqları ilk matçı şərh edərkən deyib. 46 yaşlı mütəxəssis oyundan ...

Read More »

Bu gün “Qarabağ” BATE ilə oynayacaq

Bu gün “Qarabağ” komandası UEFA Çempionlar Liqasının (ÇL) III təsnifat mərhələsində ilk oyununu keçirəcək. İstixəbər.info xəbər verir ki, Qurban Qurbanovun rəhbərlik etdiyi kollektiv Belarusun BATE komandasını qəbul edəcək. Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq matç saat 21:00-da start götürəcək. Ağdam təmsilçisi bunadək Sloveniyanın “Olimpiya” və Albaniya “Kukesi”sini mübarizədən kənarlaşdırıbsa, BATE Finlandiyanın HİK kollektivindən üstün olub. Qeyd edək ki, “Qarabağ” ...

Read More »

“Qarabağ” ÇL-də məşhur Hollandiya klubuna rəqib oldu

“Qarabağ”ın UEFA Çempionlar Liqasının pley-off mərhələsindəki potensial rəqibi müəyyənləşib. İstixəbər.info xəbər verir ki, Ağdam təmsilçisi III təsnifat mərhələsində Belarusun BATE komandasını mübarizədən kənarlaşdıracağı təqdirdə Hollandiyanın PSV kollektivi ilə qarşılaşacaq. Qeyd edək ki, “Qarabağ” və BATE komandaları arasında ilk matç avqustun 7-də Bakıda, cavab görüşü isə ayın 14-də Borisovda olacaq. Hər iki qarşılaşma saat 21:00-da başlayacaq. Çempionlar Liqası Pley-off mərhələsi Çempionlar ...

Read More »

Güləşçilərimiz Avropadan 7 medalla qayıtdılar

İtaliyanın paytaxtı Romada güləş üzrə gənclərin Avropa çempionatı başa çatıb. Azərbaycan Güləş Federasiyasından İstixəbər.info saytına verilən məlumata əsasən, çempionatın son günlərində mübarizə aparan sərbəst güləşçilərimiz yarışı 3 gümüş və 4 bürünc medalla tamamlayıb. İntiqam Vəlizadə (61 kq), Hacımurad Hacıyev (70 kq) və Asxab Həmzətov (92 kq) yalnız final görüşündə uduzaraq gümüş medalla kifayətlənib. Bürünc medalları isə yığmamıza Əliabbas Rzazadə (57 ...

Read More »

İngiltərə Superkubokunun sahibi kim oldu?

Super kubok uğrunda matçda Premyer-Liqanın qalibi “Mançester Siti” və İngiltərə Kubokunun sahibi “Çelsi” üz-üzə gəlib. İstixəbər.info xəbər verir ki, oyun “Uembli” stadionunda keçirilib. “Mançester Siti”nin hücumçusu Kun Aquero rəqibin qapısına 13-cü və 58-ci dəqiqələrdə qol vurub. Oyun 2:0 hesabı ilə başa çatıb. Xatırladaq ki, Mançester Siti tarixi ərzində beşinci dəfə Superkubokun qalibi olur. Daha əvvəl klub 1937, 1968, 1972 və ...

Read More »