BIGtheme.net http://bigtheme.net/ecommerce/opencart OpenCart Templates

Hadisə

Şəkidə “Opel” aşdı, sürücü ÖLDÜ

Şəki rayonu ərazisində yol-nəqliyyat hadisəsi baş verib. DİN Mətbuat Xidmətinin Şəki regional qrupundan İstixeber.info-ya verilən məlumata görə, noyabrın 10-da saat 16:30 radələrində Şəki rayonu Turan qəsəbəsi ərazisində rayonun Sarıca kənd sakini Ziyad Rüstəmov idarə etdiyi “Opel” markalı avtomobili aşırmışdır. Nəticədə sürücü aldığı bədən xəsarətlərindən xəstəxanaya aparılarkən yolda ölmüşdür. Faktla bağlı Şəki ŞRPŞ-də araşdırma aparılır. İstixeber.info

Read More »

Xose Bernardonu və dostunu bıçaqlayan şəxs SAXLANILIB

Xəbər verdiyimiz kimi tanınmış aparıcı Xose Bernardo bu gün Pirallahı qəsəbəsində bıçaqlanıb. DİN-dən  İstixeber.info-ya verilən məlumata görə, hadisəni törədən, əvvəllər Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə məhkum olunan 1985-ci il təvəllüdlü A.Hüseynov Pirallahi RPŞ-nin keçirdiyi əməliyyat axtarış tədbirləri çərçivəsində saxlanılıb. Faktla bağlı Cinayət Məcəlləsinin 126.2.1-ci (2 və daha artıq şəxsin sağlamlığına ağır zərər vurma) maddəsilə cinayətişi başlanıb. İstixeber.info

Read More »

Yeniyetməni diz çökdürən kişi: “Qızımla oğlumun intim…”

“Mən gecə-gündüz əziyyət çəkib, övladlarım üçün çalışıram”. İstixeber.info xəbər verir ki, “ATV” televiziyasında yayımlanan “Bizimləsən” verilişinə qatılan kişi yeniyetməni niyə alçatmasına aydınlıq gətirib. O bildirib ki, qarşısında diz çökdürdüyü yeniyetmə onun övladlarına şər ataraq bunları deyib: “Bu oğlan mənim qızım ilə oğlumun arasında intim əlaqənin olduğunu deyib. Guya top düşüb həyətə, bu da gedib topu götürəndə görüb. Hamıya da bunu danışıb. ...

Read More »

Əri işə gedən kimi, yad kişini yatağına saldı, videoya çəkdi… – Sonra həyatının ŞOKUNU YAŞADI

Bakıda cinsi əlaqədə olduğu qızı şantaj etməkdə, ondan külli miqdarda pul almaqda ittiham olunan Mingəçevir şəhər sakini, 1986-cı il təvəllüdlü Əli Məmmədovun (cinayət işində ad və soyadlar şərti verilib – red.) cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. İstixeber.info publika.az-a istinadən xəbər verir ki, Əli Məmmədov 5 may 2012-ci il tarixdə “Mail.ru” internet sosial şəbəkəsində Vəfa Babayeva ilə tanış olub. ...

Read More »

Göyçayda avtomobil dirəyə çırpılıb, sürücü ölüb

Göyçay rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. İstixeber.info-nun məlumatına görə, hadisə Qarabaqqal kəndində qeydə alınıb. Kənd sakini, 1984-cü il təvəllüdlü Xəlilov Anar Muxtar oğlu idarə etdiyi “VAZ-2107” markalı minik avtomobili ilə hərəkətdə olarkən nəqliyyat vasitəsinə idarəetməni itirib. Nəticədə avtomobil yoldan çıxaraq elektrik dirəyinə çırpılıb. A.Xəlilov hadisə zamanı ağır bədən xəsarətləri alaraq dünyasını dəyişib. Onun meyiti müayinə üçün Səhiyyə Nazirliyinin ...

Read More »

23 yaşlı Yevlax sakini Bakıda doğuş zamanı ÖLDÜ

Yevlaxda doğuş zamanı ana ölümü faktı qeydə alınıb. İstixeber.info xəbər verir ki, 23 yaşlı Tanrıqulular kənd sakini Gülanə Həmzəyeva M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanasında qız uşağı dünyaya gətirib. Ancaq ana doğuş zamanı həyatını itirib. Qeyd edək ki, bu, G. Həmzəyevanın ikinci övladıdır. Faktla bağlı araşdırma aparılır. İstixeber.info

Read More »

Dəliməmmədlidə minik avtomobili aşdı – XƏSARƏT ALANLAR VAR

Dəliməmmədlidə yol-nəqliyyat qəzası baş verib. İstixeber.info  xəbər verir ki, Mersedes markalı minik avtomobili idarəetməni itirərək yol kənarına  aşıb.  Qəza nəticəsində iki qadın, iki kişi ağır yaralanıb. Yaralılar dərhal Gəncə şəhərindəki xəstəxanalarının birinə aparılıb. Faktla bağlı araşdırma aparılır. İstixeber.info

Read More »

Yataqxanada yanğın baş verib – BAKIDA

Bakı şəhərinin Pirallahı rayonunda ikimərtəbəli yataqxana binasının birinci mərtəbəsində ümumi sahəsi 55 m² olan 2 otaqlı mənzilin mətbəxinin yanar konstruksiyaları 8 m² sahədə və dəhlizinin tavanı 4 m² sahədə yanıb. İstixeber.info FHN-ə istinadən xəbər verir ki, mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb. İstixeber.info

Read More »

Cəlilabad xəstəxanasında yeni doğulan uşaq ÖLDÜ

Cəlilabad rayon Mərkəzi Xəstəxanasında uşaq ölümü olub. İstixeber.info  xəbər verir ki, Cəlilabad şəhər sakini, 1992-ci il təvəllüdlü Aytən Namiq qızı Kərimova ötən gün gecə saatlarından Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına müraciət edib. Doğum şöbəsinə yerləşdirilən hamilə qadın təbii doğuşla uşaq dünyaya gətirib. İlkin məlumata görə, uşaq ölü doğulub. Meyit müayinə olunması üçün morqa təhvil verilib. Faktla bağlı araşdırma aparılır.\report İstixeber.info 

Read More »

Bakıda iki qadın birləşərək kişini döydülər

Bakının Binəqədi rayonunda döyülmə hadisəi qeydə alınıb. İstixeber.info-nun məlumatına görə, bu barədə Oxu.Az-a hüquq-mühafizə orqanlarından məlumat verilib. Belə ki, hadisə oktyabrın 28-də saat 19:00 radələrində S.S.Axundov küçəsi, ev 11/35-in qarşısında Aidə və Jalə adlı şəxslər xuliqanlıq zəminində Bakı şəhər sakini, 1958-ci il təvəllüdlü Sədrəddin Əkbər oğlu Əkbərovu döyüb. S.Əkbərov noyabrın 6-da Binqədəri Rayon Polis İdarəsinin 5-ci Polis Bölməsinə şikayət edib. ...

Read More »