BIGtheme.net http://bigtheme.net/ecommerce/opencart OpenCart Templates

Hadisə

Bakı-Şamaxı-Yevlax yolunda nəqliyyatın hərəkəti dayandırılıb-Səbəb isə…

Ötən gün axşam saatlarından başlayan güclü yağışlar fəsadsız ötüşməyib. İstixəbər.info İstipress-in məlumatına istinadən xəbər verir ki, ən çox ziyan Göyçay, İsmayıllı rayonlarına dəyib. Yağan güclü leysan yağışından sonra Göyçay çayına sel gəlib, suyun səviyyəsi dəfələrlə artıb. Nəticədə çay üzərindəki avtomobil körpüsündə təhlükəli vəziyyət yaranıb. Avtomobil körpüsünün dağılmaq təhlükəsi olduğundan Bakı-Şamaxı-Yevlax yolunda nəqliyyatın hərəkəti dayandırılıb. Nəticədə yüzlərlə avtomobil yolda qalıb. Qeyd ...

Read More »

Vergilər Nazirliyi ölkə ərazisində alkoqollu içkilərin və tütün məmulatlarının aksiz markası olmadan satışının həyata keçirilməsinin qarşısının alınması məqsədilə aparılan nəzarət tədbirlərini davam etdirir

Vergilər Nazirliyi ölkə ərazisində alkoqollu içkilərin və tütün məmulatlarının aksiz markası olmadan satışının həyata keçirilməsinin qarşısının alınması məqsədilə aparılan nəzarət tədbirlərini davam etdirir. Nazirlikdən İstixəbər.info-ya verilən məlumata görə, son həftə ərzində Vergilər Nazirliyi yanında Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamenti tərəfindən Bakı və Sumqayıt şəhərləri və Abşeron rayonu ərazisində yerləşən 27 təsərrüfat subyektində aparılmış vergi nəzarəti tədbirləri zamanı 4.605 qutu aksiz ...

Read More »

Qəzanın baş verməsinə səbəb sürücünü sükan arxasında yuxu tutması olub

Cəlilabadda ölümlə nəticələnən ağır qəza baş verib. Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən İstixəbər.info-ya verilən məlumata görə, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Ələt-Astara yolunun Cəlilabad rayonu ərazisindən keçən hissəsində “FORD“ markalı mikroavtobus ilə “Shacman” markalı yük avtomobili toqquşub. Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürən-xilasediciləri hadisə yerinə cəlb olunub.  “FORD“ markalı avtomobilin sürücüsü, 1969-cu il təvəllüdlü Dadaşov İmran Dadaşbala oğlunun (Rusiya Federasiyasının vətəndaşı) cəsədi ...

Read More »

Bakıda bir gündə iki yanğın…

Fövqəladə Hallar Nazirliyinin rəsmi saytının verdiyi məlumata görə,bu gün Bakı şəhəri, Yasamal rayonunda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun yerləşdiyi doqquzmərtəbəli binanın 7-ci mərtəbəsində ümumi sahəsi 13 m2 olan iş otağında ofis mebelləri və sənədlər yanmışdır. Yanğın zamanı 30 nəfər işçi yanğınsöndürənlər tərəfindən təxliyə olunmuşdur. Digər otaqlar yanğından mühafizə olunmuşdur. Yanğın yanğın bölmələri tərəfindən söndürülmüşdür; Bakı ...

Read More »

Bakıda heroin satan müəllim həbs edildi

Laçın şəhər 1 saylı uşaq musiqi məktəbinin müəllimi Rüstəmov Şərif Qurban oğlunun narkotik vasitələrin satışı ilə məşğul olması barədə Bakı şəhər prokurorluğuna daxil olmuş məlumat əsasında Bakı şəhər Baş Polis İdarəsi ilə birgə əməliyyat tədbirləri həyata keçirilib. İstixəbər.info xəbər verir ki, bu barədə Bakı şəhər Baş Polis İdarəsi və şəhər prokurorluğunun birgə yaydığı məlumatda bildirilib. Belə ki, narkotik vasitələri əldə ...

Read More »

SON DƏQİQƏ… Gürcüstan-Bakı avtobusu qəzaya uğradı… Xəsarət alanlar var

Bakı-Qazax yolunun Hacıqabul rayonu ərazisində yol nəqliyyat hadisəsi baş verib. İstixəbər.info xəbər verir ki, Bakı-Qazax yolunda Kamaz markalı yük maşını ilə Gürcüstan-Bakı marşurutu ilə hərəkət edən avtobus toqquşub. Aldığımız məlumata görə avtobus sürücüsü hadisə yerindəcə vəfat edib. Qəza edən  turist avtobusunun sərnişinləri orta məktəb şagirdləri və onların valideynləri olub.  Gürcüstanın Qori şəhərindən olan orta məktəb şagirdləri və onların valideynləri Bakıya ekskursiyaya yollanıblar. Avtobusda ...

Read More »

Bakıda bələdiyyə sədrini otağında döydülər

Binəqədi rayonu Biləcəri qəsəbə bələdiyyəsinin sədri Hikmət Quliyev öz iş otağında döyülüb. İstixəbər.info  İstiPress-in məlumatına istinad edərək xəbər verir ki, hadisə qanunsuz tikinti ilə məşğul olan qəsəbə sakinləri 53 yaşlı Bəykişi Baxışov və 37 yaşlı Natiq Qasımov tərəfindən törədilib. Binəqədi polis idarəsindən “Sputnik Azərbaycan”a verilən məlumata görə, məsələni aydınlaşdırmaq üçün B. Baxışov və N. Qasımov bələdiyyənin ofisinə çağırılıblar. Bu zaman Hikmət ...

Read More »

Göyçayda pomidor davasının sonu ölüm oldu….

Göyçay rayonunda ticarətlə məşğul olan şəxslər arasında dava ölümlə nəticələnib. İstixəbər.info APA-nın yerli bürosuna istinad edərək xəbər verir ki, rayonun Ləkçiplaq kənd sakini, 1970-ci il təvəllüdlü Məmmədov Cümşüd Məhəmməd oğlu bu gün saat 13:00 radələrində kənd qəbiristanlığının yaxınlığında hələlik şəxsiyyəti məlum olmayan iki nəfərlə mübahisə edib. Mübahisə sonradan davaya çevrilib. Dava zamanı həmin şəxslərdən biri Cümşüd Məmmədovu yumruqla vuraraq itələyib. ...

Read More »

Bir gecədə iki fermada baş verən yanğın 35 -tondan çox ot bağlamasını məhv elədi.

İstixəbər.info  Fövqəladə Hallar Nazirliyinə istinad edərək xəbər verir ki, 30 may 2018-ci il  gecə saatlarında ilkin məlumata əsasən: İsmayıllı rayonunun Qubaxəlilli kəndində ümumi sahəsi 1100 m2 olan fermanın dam örtüyünün yanar konstruksiyaları 300 m2 sahədə və çardağına yığılmış 10 ton ot bağlamasının 5 tonu yanmışdır. Fermanın və ot bağlamasının qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın yanğın bölmələri tərəfindən söndürülmüşdür; Kürdəmir rayonunun Qarabucaq ...

Read More »

Yevlaxda yol qəzası baş verib. Yaralılar var

Yevlaxda xəsarətlə nəticələnən yol qəzası baş verib. İstixəbər.info “Report”un yerli bürosunun istinadən xəbər verir ki, “VAZ-2106” markalı avtomobilin digər maşınla toqquşması nəticəsində “VAZ”da olan 1988-ci il təvəllüdlü Rüstəm Əşrəfov və 1987-ci il təvəllüdlü Ramal Hacıyev müxtəlif bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib. Onların vəziyyətlərinin orta-ağır olduğu bildirilir. Faktla bağlı araşdırma aparılır.

Read More »