BIGtheme.net http://bigtheme.net/ecommerce/opencart OpenCart Templates

Hadisə

Xaçmazda dəmir yolunu keçmək istəyən gənci qatar vurub

Baxış sayı 142 Xaçmaz rayonunda gənc oğlanı qatar vurub. İstixeber.info xəbər verir ki, hadisə rayonun Çarxı kəndində qeydə alınıb.  Belə ki, 20 yaşlı Ağacan Mehdiyevi dəmir yolunu keçərkən qatar onu vurub.  Aldığı xəsarət nəticəsində gənc yerindəcə dünyasını dəyişib. Faktla bağlı araşdırma aparılır. İstixeber.info

Read More »

ARB-nin maşını qəzaya düşdü – ANBAAN VİDEO

Baxış sayı 181 Bakıda baş vermiş qəza kameraya düşüb.  İstixeber.info avtosfer.az-a istinadla xəbər verir ki, hadisə Həsən bəy Zərdabi prospektində baş verib. İşıqforun qadağanedici nişanının tələblərini pozan “Nissan” markalı avtomobilin sürücüsü yolayrıcında digər avtomobili vurub. Hadisə nəticəsində xəsarət alan olmasa da avtomobillərə ziyan dəyib. Qeyd edək ki, qəzaya uğrayan avtomobillərdən biri ARB televeziyasına məxsusdur. Videonu təqdim edirik: İstixeber.info

Read More »

Biləsuvarda 10 yaşlı uşağı maşın vurub

Baxış sayı 140 Biləsuvarda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. İstixeber.info xəbər verir ki, Biləsuvar şəhər M.İbrahimov küçəsində hərəkətdə olan “Mersedes” markalı avtomobil  yolu keçmək istəyən 10 yaşlı oğlanı vurub. Qəza nəticəsində müxtəlif dərəcəli xəsarətlər alan azyaşlı Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Faktla bağlı araşdırma aparılır. İstixeber.info

Read More »

Qubada dəm qazı can aldı

Baxış sayı 144 Qubada dəm qazı ölümə səbəb olub. İstixeber.info xəbər verir ki, Quba şəhəri, Bakı küçəsi, 4 ünvanında yaşayan 1964-cü il təvəllüdlü, Mirzəbaba Əbülfəz oğlu Cəbrayılov yaşadığı evdə dəm qazından zəhərlənib. Hadisə yerinə Təcili Tibbi yardım Stansiyasının həkimləri və hüquq mühafizə orqanlarının əməkdaşları gəlib. Meyit Məhkəmə tibbi ekspertiza və patoloji anatomiya birliyinin Quba rayon şöbəsinin morquna gətirilib. Faktla bağlı ...

Read More »

Qadınlar kişi üstündə saçyolduya çıxdı – “Bir də ərimə yaxınlaşsan…” – VİDEO

Baxış sayı 706 Azərbaycanda qadınlar arasında dava düşüb.  İstixeber.info xəbər verir ki, görüntülərdə xanımlardan bir digərinin saçını yolaraq, onu döyüb. Sonra onu söyməyə başlayıb. Davaya səbəb isə döyülən xanımın digərinin əri ilə münasibətdə olması olub. Döyən qadın digərinə ərinə birdə yaxınlaşmaması üçün ona ciddi xəbərdarlıq edib. Ətrafdakılar isə bu davanı telefonla çəkərək ictimailəşdirib./unikal İstixeber.info

Read More »

Mingəçevirdə kişi meyiti tapılıb

Baxış sayı 160 Mingəçevir şəhərində kişi meyiti tapılıb. Hüquq mühafizə orqanlarından İstixeber.info-ya verilən məlumata görə, M. Maqomayev küçəsində yerləşən binaların birinin girişində kişi meyiti aşkar edilib.  Meyiti tapılan şəxs şəhər sakini, 1954-cü il təvəllüdlü Həsənov Cümşüd Yusif oğludur. Hadisə ilə əlaqədar araşdırma aparılır. İstixeber.info

Read More »

Göyçayda 4 otaqlı ev yandı

Baxış sayı 145 Göyçayda ev yanıb. Fövqəladə Hallar Nazirliyindən İstixeber.info-ya verilən məlumata görə, rayonun Çərəkə kəndində ümumi sahəsi 250 m² olan ikimərtəbəli 4 otaq və eyvandan ibarət evin yanar konstruksiyaları və ev əşyaları yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb. İstixeber.info

Read More »

Respublika Klinik Xəstəxanasındakı Yevlax sakininin ölümü ilə bağlı AÇIQLAMA

Baxış sayı 154 İcbari Tibbi Sığorta üzrə Dövlət Agentıyi Yevlax rayon sakini Gülanə Əliyevanın vəfatı ilə əlaqədar məlumat yayıb. Agentlikdən İstixeber.info-ya verilən xəbərə görə, noyabrın 8-də Yevlax rayon sakini, 28 yaşlı Gülanə Əliyeva ikincili hamiləlik dövründə səhhətində yaranan problemlərlə bağlı ailə həkiminin göndərişi ilə Yevlax rayon Mərkəzi Xəstəxanasına müraciət edib. Yevlax Rayon Mərkəzi Xəstəxanasında aparılmış müayinə nəticəsində G.Əliyevada hamiləliklə yanaşı, ...

Read More »

Xose Bernardo və qardaşının bıçaqlanması ilə bağlı cinayət işi başlanıldı

Baxış sayı 147 Teleaparıcı Xose Bernardo və qardaşı Rafael Hüseynovun bıçaqlanması hadisəsi ilə bağlı cinayət işi başlanılıb. DİN-dən İstixeber.info-ya verilən məlumata görə, Pirallahı Rayon Polis Şöbəsində (RPŞ) fakt üzrə Cinayət Məcəlləsinin 126-cı (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə cinayət işi başlanılıb, araşdırma aparılır. Qeyd edək ki, hadisə noyabrın 10-da Pirallahı rayonu Xanlar 29 ünvanında baş verib. Belə ki, 1985-ci ...

Read More »

Şəkidə “Opel” aşdı, sürücü ÖLDÜ

Baxış sayı 163 Şəki rayonu ərazisində yol-nəqliyyat hadisəsi baş verib. DİN Mətbuat Xidmətinin Şəki regional qrupundan İstixeber.info-ya verilən məlumata görə, noyabrın 10-da saat 16:30 radələrində Şəki rayonu Turan qəsəbəsi ərazisində rayonun Sarıca kənd sakini Ziyad Rüstəmov idarə etdiyi “Opel” markalı avtomobili aşırmışdır. Nəticədə sürücü aldığı bədən xəsarətlərindən xəstəxanaya aparılarkən yolda ölmüşdür. Faktla bağlı Şəki ŞRPŞ-də araşdırma aparılır. İstixeber.info

Read More »
TƏSİSÇİ: ƏLƏKBƏROV SƏNAN MƏMMƏD OĞLU. BAŞ REDAKTOR: RƏŞAD ORUC OĞLU AĞAŞİRİNOV - Saytın bütün hüquqlar qorunur. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir. ƏLAQƏ: +99455 233-73-39 +99470 2337339 EMAİL: istixeber.info@mail.ru ÜNVAN: YEVLAX ŞƏHƏRİ NİZAMİ PROSPEKTİ 26