BIGtheme.net http://bigtheme.net/ecommerce/opencart OpenCart Templates

Siyasət

Rəcəb Tayyib Ərdoğan İlham Əliyevə zəng etdi

Baxış sayı 118 İyulun 19-da Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə telefonla zəng edib. İstixeber.info xəbər verir ki, bu barədə Prezidentin Mətbuat xidməti məlumat yayıb. Telefon söhbəti zamanı dövlət başçıları ikitərəfli münasibətləri və qarşılıqlı maraq doğuran məsələləri müzakirə ediblər. İstixeber.info

Read More »

Prezident İlham Əliyev bu məhkəmələri ləğv etdi – SİYAHI

Baxış sayı 151 Prezident İlham Əliyev İnzibati məhkəmələrin və kommersiya məhkəmələrinin təşkili və “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikasının qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2019-cu il 9 iyul tarixli 1632-VQD nömrəli qanununun tətbiqi haqqında sərəncam imzalayıb.  İstixeber.info xəbər verir ki, sərəncamla aşağıdakı inzibati məhkəmələr təşkil edilir: 1.1. Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsi – Naxçıvan şəhərində; 1.2. Bakı İnzibati Məhkəməsi – ...

Read More »

Prezident İlham Əliyev bu nazirliyə yeni səlahiyyətlər verdi

Baxış sayı 191 Azərbaycanda övladlığa götürmə ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə yeni səlahiyyətlər verilib. İstixeber.info xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi haqqında Əsasnamə”sində dəyişiklik edib. Nazirlik övladlığagötürmə sahəsində dövlət siyasətini və dövlət tənzimləməsini həyata keçirəcək. Nazirliyə valideyn himayəsindən məhrum olmuş və övladlığa götürülən uşaqların və onları övladlığa ...

Read More »

Prezident İlqar Əliyevi vəzifəsindən azad etdi – SƏRƏNCAM

Baxış sayı 242 Prezident İlham Əliyev Ağstafa Rayon Məhkəməsinin sədri İlqar Əliyevin vəzifəsinin dəyişdirilməsi haqqında sərəncam imzalayıb. İstixeber.info-nun xəbərinə görə, sərəncamda qeyd edilir ki, İlqar Yadulla oğlu Əliyev Ağstafa Rayon Məhkəməsinin hakimi və sədri vəzifəsindən azad edilərək Xocavənd Rayon Məhkəməsinin hakimi və sədri təyin edilsin. Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir. İstixeber.info

Read More »

İlham Əliyev bu qanunu imzaladı

Baxış sayı 141 Prezident İlham Əliyev “Azərbaycan Respublikası Hökuməti ilə Koreya Respublikası Hökuməti arasında qrant yardımına dair” Çərçivə Sazişinin təsdiq edilməsi haqqında qanunu imzalayıb. İstixeber.info xəbər verir ki, bununla da 2019-cu il yanvarın 11-də Bakı şəhərində imzalanmış Çərçivə Sazişi təsdiq edilib. İstixeber.info

Read More »

Prezident İlham Əliyev Qoca Səmədovla bağlı SƏRƏNCAM İMZALADI

Baxış sayı 416 Azərbaycan Respublikasının prezidenti İlham Əliyev Qoca Səmədovu yubiley medalı ilə təltif edib. İstixeber.info xəbər verir ki, Yevlax Şəhər İcra Hakimiyyətinin başçısı Qoca Səmədov Azərbaycan Prezidenti cənab İlham Əliyevin 27 may 2019-cu il tarixli sərəncamı ilə  “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918-2018)” yubiley medalı ilə təltif edilib. İstixeber.info

Read More »

Əli Əhmədov BMT-nin Yüksək Səviyyəli Siyasi Forumunda çıxış edib

Baxış sayı 112 ABŞ-ın Nyu-York şəhərində səfərdə olan Azərbaycanın Baş Nazirinin müavini Əli Əhmədov BMT-nin Yüksək Səviyyəli Siyasi Forumunun Nazirlər Seqmentində çıxış edib. Nazirlər Kabinetindən İstixeber.info-ya verilən məlumata görə, o, çıxışı zamanı Azərbaycanda həyata keçirilən sosial-iqtisadi islahatlar, o cümlədən, inklüziv və bərabər keyfiyyətli təhsilin təmin edilməsi, dayanıqlı iqtisadi artımın, tam və səmərəli məşğulluğun, layiqli işlə təmin olunmanın dəstəklənməsi, “heç kimin ...

Read More »

İlham Əliyev Avropa İttifaqı Şurasının yeni seçilmiş Prezidenti Şarl Mişeli təbrik etdi

Baxış sayı 140 Azərbaycan Prezidenti İlham Əliyev Avropa İttifaqı Şurasının yeni seçilmiş Prezidenti Şarl Mişelə təbrik məktubu göndərib. İstixeber.info xəbər verir ki, məktubda deyilir: “Ümidvaram ki, Azərbaycan ilə Avropa İttifaqı arasında əlaqələrin daha da genişlənməsi, əməkdaşlığımızın hərtərəfli inkişafı və dərinləşməsi istiqamətində birgə səylər göstərəcəyik”. Dövlət başçısı Şarl Mişelə möhkəm can sağlığı, xoşbəxtlik, qarşıdakı məsul fəaliyyətində uğurlar diləyib. Avropa Komissiyasının yeni ...

Read More »

Əli Əhmədov BMT-yə ikinci Milli Məruzə təqdim etdi

Baxış sayı 389 Azərbaycan ərazisinin 20 faizi hələ də Ermənistan tərəfindən işğal olunub, Ermənistan tərəfindən BMT-nin 4 məlum qətnaməsinin yerinə yetirilməməsi Dayanıqlı İnkişaf hədəflərində qarşıya qoyulan vəzifələrin həllini əngəlləyir. İstixeber.info xəbər verir ki, bu barədə Baş Nazirin müavini, Azərbaycan Respublikasının Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının sədri Əli Əhmədov Nyu-Yorkdakı BMT qərargahında keçirilən Yüksək Səviyyəli Siyasi Forumda ikinci Könüllü Milli ...

Read More »

Prezident İlham Əliyev SƏRƏNCAM imzaladı

Baxış sayı 142 Prezident İlham Əliyev sərəncam imzalayıb İstixeber.info xəbər verir ki, Prezident İlham Əliyev Rasim Əliyevin “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilməsi haqqında sərəncam imzalayıb Sərəncamla Azərbaycanda memarlıq sənətinin inkişafında uzunmüddətli səmərəli fəaliyyətinə görə Rasim Həsən oğlu Əliyev “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilib. Qeyd edək ki, R.Əliyevin iyulun 16-da 85 yaşı tamam olur. İstixeber.info

Read More »
TƏSİSÇİ: ƏLƏKBƏROV SƏNAN MƏMMƏD OĞLU. BAŞ REDAKTOR: RƏŞAD ORUC OĞLU AĞAŞİRİNOV - Saytın bütün hüquqlar qorunur. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir. ƏLAQƏ: +99455 233-73-39 +99470 2337339 EMAİL: istixeber.info@mail.ru ÜNVAN: YEVLAX ŞƏHƏRİ NİZAMİ PROSPEKTİ 26