BIGtheme.net http://bigtheme.net/ecommerce/opencart OpenCart Templates

Hərbi xəbərlər

“TurAz Qartalı – 2019” təlimləri davam edir – FOTO+VİDEO

Baxış sayı 82 Azərbaycan və Türkiyə Hərbi Hava Qüvvələrinin birgə təşkil etdiyi “TurAz Qartalı 2019” təlimləri davam edir. İstixeber.info xəbər verir ki, Azərbaycan və Türkiyə arasında illik hərbi əməkdaşlıq çərçivəsində 2 sentyabrda başlayan təlimlərin bugünkü bölümündə Azərbaycan ordusuna aid Miq-29 və SU-25 qırıcıları ilə Türkiyənin F-16 təyyarələri müdafiə, qorunma və hücum taktikalarını nümayiş etdirib. Pilotların brefinqi, hazırlaşması, təyyarələrin havaya qalxması ...

Read More »

Düşmən atəşkəs rejimini 20 dəfə pozub

Baxış sayı 65 Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini 20 dəfə pozub. İstixeber.info xəbər verir ki, Ermənistan Respublikası Berd rayonunun Çinari kəndində yerləşən mövqelərdən Tovuz rayonunun Muncuqlu kəndində, Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonunun Zamanlı kəndində yerləşən mövqelərimiz atəşə tutulub. Ağdam rayonunun işğal altında olan Nəmirli, Şuraabad, Qaraqaşlı, Mərzili, Füzuli rayonunun Aşağı ...

Read More »

Naxçıvanda ordu “həyəcan” siqnalı ilə qaldırıldı – VİDEO

Baxış sayı 92 Naxçıvanda ordu və motoatıcı birləşmələrin artilleriya hissə və bölmələri ilə atış və atəşin idarə edilməsi mövzusunda praktiki məşğələlər keçirilib. Plana əsasən “Həyəcan” siqnalı ilə müdafiə zolağı dərinliyindəki döyüş təyinatlı rayonlarına çıxarılan artilleriya hissə və bölmələri taktiki və manevr fəaliyyətləri yerinə yetiriblər. İstixeber.info Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, şərti düşmənin fəaliyyəti təkcə yerüstü kəşfiyyat vasitələri ilə deyil, ...

Read More »

Aytəkin Alxaslı kürəyini vətənə söykəmiş igidlərdən danışır FOTO+VİDEO

Baxış sayı 136 Düşmənə arxa çevirməyən oğulların dastanı Azərbaycan Sərhəd Mühafizəsinin 100 illiyi günündə yolumuz Azərbaycanın Rusiya ilə sərhəddə yerləşən dağ zastavalarından birinədir.  Yuxarı Tahircal kəndindindəki zastava Qusarın rayon mərkəzindən xeyli aralıda yerləşir. “Uaz” markalı avtomaşın təxminən 2 saata bizi bu zastavaya çatdırdı. Təbii ki, dağ kənd yolunu “Uaz”la qət etmək bir qədər çətinlik yaratsa da, bir məsələ çox qürurvericidir. Dağlıq zonada ...

Read More »

Azərbaycan müharibəyə hazırlaşır?-Yeni hərbi hissələr tikilir, generallar cəbhədədir

Baxış sayı 162 Müdafiə naziri general-polkovnik Zakir Həsənov və nazirliyin digər rəhbər heyəti cəbhəboyu zonada tikintisi davam edən bir neçə hərbi obyektlərdə olub. Bu barədə İstixeber.info-ya  Müdafiə Nazirliyindən məlumat verilib. Müdafiə nazirinə məruzə edilib ki, ilin sonunadək istifadəyə verilməsi planlaşdırılan bu hərbi şəhərciklər su, qaz, istilik və digər kommunikasiya sistemləri ilə tam təmin olunacaq, hərbi obyektlərdə ən müasir qurğular quraşdırılacaq. ...

Read More »

Düşmən Naxçıvan istiqamətində təxribat törətdi, əsgərimiz yaralandı

Baxış sayı 94 Avqustun 15-i saat 21:30 radələrində Azərbaycan-Ermənistan dövlət sərhədinin Naxçıvan Muxtar Respublikası istiqamətində düşmən tərəfindən atəşkəs rejiminin kobud şəkildə pozulması nəticəsində hərbi qulluqçumuz yaralanıb. İstixeber.info xəbər verir ki, bu barədə Əlahiddə Ümumqoşun Ordusunun Mətbuat xidməti məlumat yayıb. Naxçıvan şəhərindən müddətli həqiqi hərbi xidmətə çağırılmış 2000-ci il təvəllüdlü əsgər Babayev Həsən Adil oğlu Naxçıvan Muxtar Respublikasının Sədərək rayonu istiqamətində ...

Read More »

Azərbaycan Ordusunun hərbi birlik və birləşmələrində komanda-qərargah təlimləri başlayıb

Baxış sayı 94 Cari ilin döyüş hazırlığı planına uyğun olaraq idarəetmə orqanları və qərargahların döyüş uyarlılığının təşkili, eləcə də heyətlərin əməliyyat və döyüş quruluşunun müxtəlif elementlərinin döyüş tətbiqi üzrə dəqiqləşdirilməsi və yoxlanılması məqsədilə Azərbaycan Ordusunun hərbi birlik və birləşmələrində komanda-qərargah təlimləri başlayıb. Müdafiə Nazirliyinin mətbuat xidmətindən İstixeber.info-ya bildiriblər ki, təlimlər trenajorlar və döyüş texnikasından geniş istifadə edilməklə xəritələr üzərində və ...

Read More »

“Beynəlxalq Ordu Oyunları – 2019” yarışlarında Azərbaycan ekspozisiyası maraqla izlənilir – FOTO+VİDEO

Baxış sayı 118 Moskvada səfərdə olan Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov “Beynəlxalq Ordu Oyunları – 2019” yarışlarında iştirak edən ölkələrin nümayiş etdirdikləri tarix, mədəniyyət, incəsənət və milli mətbəx nümunələri ilə tanış olmaq üçün Alabino poliqonundakı “Dostluq Evi”ndə olub. İstixeber.info xəbər verir ki, Azərbaycanın Müdafiə naziri ilə birgə Rusiya  Federasiyasının Müdafiə naziri ordu generalı Sergey Şoyqu və digər qonaqlar ...

Read More »

Atəşkəs rejimi 21 dəfə pozulub

Baxış sayı 110 Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini 21 dəfə pozub. İstixeber.info xəbər verir ki, Ermənistan Respublikası Noyemberyan rayonunun Şavarşavan kəndində yerləşən mövqelərdən Qazax rayonunun Quşçu Ayrım kəndində yerləşən mövqelərimiz atəşə tutulub. Ağdam rayonunun işğal altında olan Cəvahirli, Sarıcalı, Acarlı, Mərzili, Xocavənd rayonunun Kuropatkino, Cəbrayıl rayonunun Nüzgar kəndləri yaxınlığında, ...

Read More »

Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində keçirilən monitorinq insidentsiz başa çatıb

Baxış sayı 112 ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq, iyulun 25-də Goranboy rayonu ərazisində yerləşən Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində keçirilən monitorinq insidentsiz başa çatıb. Müdafiə Nazirliyinin mətbuat xidmətindən İstixeber.info-ya bildiriblər ki, monitorinqi Azərbaycan tərəfindən ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Oqnyen Yoviç və Saymon Tiller keçiriblər. Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmiş və ...

Read More »
TƏSİSÇİ: ƏLƏKBƏROV SƏNAN MƏMMƏD OĞLU. BAŞ REDAKTOR: RƏŞAD ORUC OĞLU AĞAŞİRİNOV - Saytın bütün hüquqlar qorunur. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir. ƏLAQƏ: +99455 233-73-39 +99470 2337339 EMAİL: istixeber.info@mail.ru ÜNVAN: YEVLAX ŞƏHƏRİ NİZAMİ PROSPEKTİ 26