BIGtheme.net http://bigtheme.net/ecommerce/opencart OpenCart Templates

Kriminal

“Lotu Quli”nin adamları saxlanıldı

Ukrayna hüquq-mühafizə orqanları Odessa şəhərində qəsbkarlıqla məşğul olan cinayətkar dəstəni zərərsizləşdirib. İstixeber.info “qafqazinfo”ya istinadən xəbərinə görə, dəstəyə “Lotu Quli”nin adamlarından biri, Azərbaycandan olan “Kondur” ləqəbli kriminal avtoritetin rəhbərlik etdiyi məlum olub. Məlumata görə, dəstə üzvləri cari ilin fevralında Odessanın Suvorov rayonunda adı açıqlanmayan kişinin 110 min qrivenini (4 min dollardan çox) və “Nissan” markalı iki avtomobilini əlindən alıblar. Bundan sonra onlar ...

Read More »

Yevlaxda oğurluq edən şəxslər saxlanılıb

Oğurluq edən şəxslər saxlanılıb. DİN Mətbuat Xidmətinin Bərdə regional qrupundan İstixeber.info-ya verilən məlumata görə, martın 16-da Yevlax rayon sakini olan bir qadın Rayon Polis Şöbəsinə ərizə ilə müraciət edərək ona məxsus evdən oğurluq olduğu barədə məlumat verib. Məlumatla əlaqədar polis əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən əvvəllər məhkum olunmuş, rayon sakini Rəşad Sadıxov saxlanılıb. Araşdırmalarla ...

Read More »

SİLSİLƏ OĞURLUQ EDƏN ŞƏXSLƏR SAXLANILIB

Zaqatala Rayon Polis Şöbəsinə Aşağı Tala kəndi ərazisindəki fındıq sexlərinin birindən 250 kiloqram fındığın oğurlanması barədə müraciət daxil olmuşdur. DİN Mətbuat Xidmətinin Şəki regional qrupundan İstixeber.info-ya verilən məlumata görə, daxil olmuş müraciət əsasında keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən əvvəllər məhkum olunmuş 2 nəfər Məhəmməd Mamayev və Nazar Həsənzadə saxlanılıb. Ətraflarında aparılan araşdırmalarla saxlanılan şəxslərin digər cinayət əməllərinin ...

Read More »

GƏNCƏDƏ OĞURLUQ EDƏN ŞƏXS SAXLANILIB

Gəncə şəhər Baş Polis İdarəsinin Kəpəz rayon Polis İdarəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində ötən ilin oktyabr ayında şəhər ərazisindəki evdən oğurluq edən şəxs saxlanılıb. DİN Mətbuat Xidmətinin Gəncə regional qrupundan İstixeber.info-ya verilən məlumata görə aparılan araşdırmalarla müəyyən edilib ki, Gəncə şəhər sakini, əvvəllər məhkum olunmuş 29 yaşlı Vidadi İsmixanov oktyabr ayının 3-də şəhər ərazisindəki evlərdən birinə gizli yolla daxil ...

Read More »

NARKOTİK SATANLAR SAXLANILDILAR

Qusarda narkotik satanlar saxlanıldı. DİN Mətbuat Xidmətinin Quba regional qrupundan İstixeber.info-ya verilən məlumata görə, Qusar Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən uğurlu əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi və satışı ilə məşğul olmaqda şübhəli bilinən rayonun Köhnə Xudat kənd sakini Ramiddin Vəlibəyov saxlanılıb. Hal şahidlərinin iştirakı ilə onun evinə baxış zamanı oradan 60 qram çəkidə qurudulmuş marixuana aşkar edilib. ...

Read More »

DİN, DTX və DSX birgə əməliyyat keçirdi – SAXLANILAN VAR

Cəlilabad sakinindən külli miqdarda narkotik götürülüb. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən İstixeber.info-ya bildirilib ki, Rayon Polis Şöbəsi, Dövlət Təhlükəsizliyi Xidmətinin rayon şöbəsi və Dövlət Sərhəd Xidmətinin Göytəpə sərhəd dəstəsi birgə əməliyyat-axtarış tədbiri həyata keçirib. Rayon Polis Şöbəsinə daxil olan məlumat əsasında Uzuntəpə kənd sakini Ədil Baxşıyevin idarə etdiyi “VAZ 2107” markalı avtomobil rayon ərazisində saxlanılıb. Avtomobilin salonuna baxış zamanı 1 kq ...

Read More »

Azyaşlı qızı kafeyə aparıb, aldadaraq cinsi əlaqəyə girdi, amma… – Cəlilabadda

Cəlilabad rayonunda zorlama cinayətində ittiham olunan 1987-ci il təvəllüdlü Murad Əhmədovun (cinayət işi üzrə ad və soyad şərti verilib – red.) cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. İstixeber.info publika.az-a istinadən xəbər verir ki, Murad Əhmədov ali təhsil alıb və amma heç yerdə işləməyib. O, yaşadığı Cəlilabad rayonunun mərkəzində, peşə məktəbinin binasında yaşayan yetkinlik yaşına çatmayan Samirə Məmmədovaya təcavüz edib. ...

Read More »

KÜLLİ MİQDARDA NARKOTİK VASİTƏ QANUNSUZ DÖVRİYYƏDƏN ÇIXARILIB

Balakən və Zaqatala sakinlərindən narkotik vasitə götürülüb. DİN Mətbuat Xidmətinin Şəki regional qrupundan İstixeber.info-ya verilən məlumata görə, Balakən Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi bölməsinin əməkdaşları şəhər ərazisində xidmət apararkən “VAZ 21011” markalı avtomobil inzibati qayda pozuntusuna görə saxlanılmış, həmin vaxt avtomaşında sərnişin qismində əyləşmiş Zaqatala rayonu Aşağı Tala kənd sakini İsmayıl Qurbanov üzərində narkotik vasitə saxlamaqda şübhəli olduğundan Polis ...

Read More »

Lotu Bəxtiyarın gizlədilən videosu üzə çıxdı: Başına pullar səpilir…+VİDEO

Azərbaycanın tanınmış avtoritetlərindən olan Lotu Bəxtiyarın illər əvvəl çəkilmiş videosu üzə çıxıb.Videoda Lotu Bəxtiyarın rəqsi əks olunub. İstixeber.info xəbər verir ki, o, rəqs edərkən başına külli miqdarda pul səpilib. Xatırladaq ki,  Kərimov Bəxtiyar Ağababa oğlu 1959-cu il martın 21-də Bakı şəhəri Novxanıda anadan olub. 1976-ci il İyul ayının 22-də Xalq məhkəməsinin qərarı ilə 5 il həbs cəzası alıb. Maykopdakı uşaq ...

Read More »

Kişidən 25 illik arvadına qarşı DƏHŞƏTLİ ƏMƏL: qızlarının yanında başqası ilə… – Azərbaycanda

Masallı rayonunda arvadına işgəncə verməkdə, onu intihar həddinə çatdırmaqda və xuliqanlıqda ittiham olunan 1971-ci il təvəllüdlü Səlim Babayevin (ad və soyadlar şərtidir – red.) cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. İstixeber.info teleqraf.com-a istinadən xəbər verir ki, Səlim Babayev Vəfa Səlimova ilə 1994-cü ildə ailə qurub. Onların birgə nikahından iki uşaq olub. Səlim Vəfaya İkinci Yeddioymaq kəndində yaşadıqları evdə fiziki və ...

Read More »