BIGtheme.net http://bigtheme.net/ecommerce/opencart OpenCart Templates

Sənan Şəmkirli

Polis olmaq istəyənlərin nəzərinə!

Daxili İşlər Nazirliyi (DİN) polis orqanlarında orta rəis heyəti vəzifələrinə xidmətə qəbulla əlaqədar müsabiqə elan edir. Nazirlikdən İstixeber.info-ya verilən xəbərə görə, respublikanın şəhər, rayon polis orqanlarında (Naxçıvan Muxtar Respublikası, Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu istisna olmaqla) polis sahə rəisi vəzifələrinə xidmətə qəbul ilə əlaqədar müsabiqə keçirilir. Cəmi 100 vəzifənin komplektləşdirilməsi ilə əlaqədar keçirilən müsabiqə test imtahanından və müsahibədən ibarətdir. ...

Read More »

BDU rektorundan tələbələrə jest – FOTO

Bakı Dövlət Universitetinin rektoru Elçin Babayev təşəbbüsü tələbələr tərəfindən xoş qarşılanıb. İstixeber.info Yeniavaz.com-a istinadən xəbər verir ki, rektorun göstərişi ilə BDU-da təhsil alan az təminatlı ailələrdən olan və valideynini itirmiş tələbələrə dəstək layihəsi çərçivəsində gündəlik biri 3 manat civarında yemək kuponu pulsuz olaraq verilir. Bu barədə təhsil eksperti Kamran Əsədov məlumat yayıb. Onun sözlərinə görə, bu, noyabr ayının 1-dən etibarən həyata keçirilir. ...

Read More »

Gələn ildən orta pensiya məbləği 293 manat olacaq – Sahil Babayev

Noyabrın 19-da Milli Məclisin Əmək və sosial siyasət komitəsinin iclası keçirilib. İstixeber.info-nun məlumatına görə, Komitənin sədri Hadi Rəcəbli bildirib ki, gündəliyə “Sosial təminatı və müdafiəni həyata keçirən müvafiq icra hakimiyyəti orqanının 2020-ci il büdcəsi haqqında”, “İşsizlikdən sığorta fondunun 2020-ci il büdcəsi haqqında”, “Azərbaycan Respublikasında 2020-ci il üçün yaşayış minimumu haqqında” və “Azərbaycan Respublikası 2020-ci il üçün ehtiyac meyarının həddi haqqında” ...

Read More »

“Cavid Qurbanovu mən bu vəzifəyə təyin edəndən sonra böyük irəliləyiş var” – Prezident İlham Əliyev

“Bu gün yeni dəmir yolu xəttinin açılışını qeyd etdik. Pirşağı stansiyası istifadəyə verildi. Şəhərə qədər yolboyu bütün stansiyalar ən yüksək standartlara cavab verir. Bugünkü müasir Azərbaycanımızı güclü dövlət kimi bir daha göstərir”. İstixeber.info xəbər verir ki, bu sözləri Bakı dairəvi dəmir yolunun Sabunçu-Pirşağı xəttinin yenidənqurma işlərindən sonra açılışında iştirak edən Prezident İlham Əliyev dəmiryolçularla görüşündə deyib. Dövlət başçısı vurğulayıb ki, ...

Read More »

Elçin Əlibəyli həyat yoldaşı tərəfindən döyülüb

Tanınmış aparıcı Elçin Əlibəyli həyat yoldaşı tərəfindən döyülüb. İstixeber.info xəbər verir ki, bununla bağlı Oxu.Az-a hüquq-mühafizə orqanlarından məlumat verib. E.Əlibəyli Nəsimi Rayon Polis İdarəsinin 20-ci Polis Bölməsinə müraciət edərək bildirib ki, noyabrın 17-də H.Əliyev küçəsində arvadı, Tərtər rayon sakini, 1993-cü il təvəllüdlü D.V. tərəfindən xuliqanlıq zəminində onu döyərək xəsarət yetirib. Xəsarət alan E.Əlibəyli Kliniki Tibbi Mərkəzə yerləşdirilib. Ona ilkin tibbi yardım göstərildikdən sonra evə ...

Read More »

Tanınmış jurnalistə Nazirlər Kabinetində yüksək vəzifə verildi – FOTO

Nazirlər Kabinetinin mətbuat xidmətinə yeni rəhbər təyin olunub. İstixeber.info xəbər verir ki, bu barədə baş nazir Əli Əsədov Sərəncam imzalayıb. Müvafiq sərəncamla bu vəzifəyə İbrahim Məmmədov təyin edilib. Qeyd edək ki, baş nazir Əli Əsədov Ayaz Mirzəyevin Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri vəzifəsindən azad edilməsi barədə sərəncam imzalayıb. İstixeber.info

Read More »

Novruz Məmmədova vəzifə verildi – RƏSMİ

Keçmiş Baş nazir Novruz Məmmədov Azərbaycan Dillər Universitetinin (ADU) prorektoru təyin olunub. İstixeber.info xəbər verir ki, bu barədə APA-ya universitetin mətbuat katibi Ağa Cəfərli məlumat verib. Onun sözlərinə görə, Novruz Məmmədov Azərbaycan Dillər Universitetinin elmilər üzrə prorektoru vəzifəsinə təyin edilib və sabah onun Universitetdə təqdimatı olacaq. İstixeber.info

Read More »

Azərbaycan və Türkiyə prezidentləri yeni qaz kəmərini açacaqlar

TANAP qaz kəmərinin sonuncu hissəsinin açılışını noyabrn 30-da Azərbaycan və Türkiyə prezidentləri həyata keçirəcəklər. İstixeber.info xəbər verir ki, bunu Türkiyənin energetika və təbii sərvətlər naziri Fatih Dönməz bildirib. “TANAP bizim üçün ən mühüm layihələrdən biridir. Noyabrın 30-da onu istifadəyə verməyə hazırlaşırıq. Mərasimdə Azərbaycan və Türkiyə prezidentlərinin də iştirakı gözlənilir”, – deyə, nazir qeyd edib. O qaz kəmərinin Azərbaycan və Türkiyə ...

Read More »

Sərnişindaşımadakı problemlərlə bağlı bu nömrəyə zəng edin

“Məlumat verdiyimiz kimi, noyabrın 1-dən Dövlət Avtomobil Nəqliyyatı Xidməti (DANX) şəhərlərarası sərnişindaşımanın keyfiyyətini yüksəltmək məqsədilə monitorinq qrupu yaradıb”. İstixeber.info-nun məlumatına görə, bu barədə Yeniavaz.com-a DANX-ın mətbuat xidmətinin rəhbəri Nuridə Allahyarova məlumat verib. O bildirib ki, monitorinqlər 3 istiqamətdə həyata keçirilir: “Bakı-Sumqayıt (Sumqayıt, Xırdalan, Masazır, Saray, Novxanı), Paytaxt-Region və əks istiqamət, Beynəlxalq istiqamətlər üzrə. Bu səbəbdən noyabrın sonuna qədər davam edəcək ...

Read More »

Eldar Əzizov direktoru işdən çıxardı

Bakı Şəhər İcra Hakimiyyətində kadr dəyişiklikləri olub. İstixeber.info oxu.az-a istinadən xəbər verir ki, BŞİH-in başçısı Eldar Əzizovun əmrinə əsasən, “Bakı Şəhər İşığı” Elektrik Şəbəkə Müəssisəsinin direktoru Təyyar Abdullayev vəzifəsindən azad edilib. İcra başçısının digər əmri ilə onun yerinə Eldar Eldarov gətirilib. İstixeber.info

Read More »